Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə209/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   205   206   207   208   209   210   211   212   ...   300
LДTİFДLДR
MOLLA NƏSRƏDDİN
1. BACADAN ASILAN QAZAN
Molla Nəsrəddin gedir oturur çayxanda. Görür bir nəfər bi­kefdi. Deyir:

– Niyə bikefsən?

Deyir:

– Filankəsin qızın isdiyirdim, maa vermədi. Mənnən şərt kəs­di ki, payızın gejəsi gərəh damın üsdündə çılpax qalasan. Mən də qaldım. Sabahısı maa dedi ki, danış görüm nə gördün (Gəlif gö­rür ki, ölmüyüf. Bu da qaçıf o başa-bu başa. Bijəltəh imiş da). De­dim, bir ildız görmüşəm. Dedi:



– Səni isidən o imiş, ona görə ölməmisən.

Qızı vermir. Həmin adamı molla çağıtdırır evinə, qonaxlıx təşkil eliyir. Qazanı asır göydən, ojağı qalıyıf yerdən. Özü də deyif yeyif gəlmə ha. Bir neçə nəfəri yığıf ora. Deyiflər ki, ay molla, biz ajınnan öldüh, noldu? Deyif:

– İndi bişər, bu saat bişər, bu dəyqə bişər.

Deyiflər:

– Ay molla, yerdə ojax yanmaxnan göydə qazan qaynıyar?

Deyir:


  • Qardaş, min kilometrlərnən göydə ulduz çıxmaxnan yerdə adam isinər?



Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   205   206   207   208   209   210   211   212   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin