Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə236/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   232   233   234   235   236   237   238   239   ...   300
35. QINDI İÇƏNDƏ SAQQALI TƏRPƏNİRDİ
Bir kürd başın salır ayının mağarasına, ayı çəkir bunun başını qopardır, bədəni qalır çöldə. Deyillər görək bunun başına nə gəldi. Gəlif arvadınnan soruşullar ki, səhər kişi çölə gedəndə bunun başı vardı? Deyir, vallah, başın bilmirəm, amma qındı içəndə sakqalı tərpənirdi.
36. ÜSDƏN-ÜSDƏN
Bir padşah qızı varıymış. Bir dənə də kasıb oğlan bını isdiyir­miş. Qızın atası da qızı oğlana vermirmiş. Bir gün kişi qızına deyir ki, yaxşı, o nə cür bacarıxlı oğlandı ki, ona getmək isdiyirsən? Gəl­sin bir iş görsün, görüm nətəər görür. Kötüyü qoyublar ora ki, oğ­lan getsin kötüyü kəssin. Qız görür ki, oğlan elə fırranır kötüyün başına, heş nə eliyə bilmir. Baltanı ordan vırır, bırdan vırır, heş nə kəsmir. İt varıymış orda. Qız gətirif itin qabağına yalı qoyur, deyir:

– Ay it, üsdən-üsdən, yannan-yannan.

Oğlan da baxır bı qız niyə belə deyir da. Görüb oğlan başa düşmür, deyir:

– Ay it, sənə deyirəm, üsdən-üsdən.

Oğlan başa düşür ki, qız bına deyir. Başdıyıf kötüyü yarır. Pad­şah görür ki, oğlan hər şeyi bacarır, qızını verməyə razılaşır.


Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   232   233   234   235   236   237   238   239   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin