Bizim kəntdə Seyid Məşədi İmran olufdu. Məşədə gedif, özü də bu adam Məşətdə təhsil alıfdı. Onun haqqında rəhmətdih atam söhbət eliyirdi. Biz tərəfdə bunun bir evi varmış, ruslar gəlif onun olduğu damı mühasirəyə alıflar ki, bunu tutuf aparalar da. Atam deyir, rusdar gözdədilər ki, bu çıxıf təslim olar da. Mən, deyir, gözümnən gördüyümün şahidiyəm. Seyid içəridən çıxdı, deyir, ağ əmmamə başında, ağ çuxa da əynində. Yavaş-yavaş o qoşunun arasıynan yeridi, bir təpə vardı, o təpəni aşdı, çıxdı getdi. Rusdar gözdədilər, gözdədilər, axırda girdilər içəri ki, seyid nə gəzir. Dedim, ata, nətər oldu sən onu görə bildin? Atam deyir ki, mənim süd tərəfimdə seyitdik var, qəlbi düz olan adam onu görə bilər. Ona qarşı ürəyində kin olan, ona pis münasibət bəsləyən varsa, onu görə bilməzdi.
II mətn
Gedif Məşətdə, iki il altı ay təhsil alıf. Amma bir sahə üzrə yox. Seyid Məşədi İmran həm riyaziyyatı yaxşı bilirmiş, həm tarixdən anlayışlı imiş, həm Quranı oxuyurmuş, Allahın elmin bilirmiş, astranomiyanı bilirmiş. Bir qrupda on iki nəfər oluflar. Təhsilini qutarıf gələn günü abid bu on iki nəfərin hərəsinə bir dənə siqaret göndərir ki, bunu çəksinnər. Hamı yandırır siqareti tüstü eliyir, amma Seyid Məşədi İmran əmmaməsin çıxardır, axırıncı dolağına siqareti taxır, qaytarıf qoyur başına. Siqareti gətirən uşax gedif abidə deyir ki, hamı siqareti çəkdi, amma bir nəfər çəkmədi. Abid gəlif deyir ki, acı idisə də, mən göndərmişdim, gərək qəbul eliyərdin. Deyir, mən onu çox yaxşı qəbul elədim. Hamı tüstü elədi havaya buraxdı. Bədənin tacı başdı, başın da tacı papaxdı. Mən onu əmmamənin yuxarısına – axırınca qatına qoyuf sənnən bir yadigar kimi saxladım, tüstü eliyif havaya buraxmadım. Onda deyir ki, siqareti yandır çək, mənim sənə başqa bir hədiyəm var. Orda Məşədi İmrana bir qızılı Quran verir, bir dənə də qol saatı. Bizim zonada hamı and içəndə Seyid Məşədi İmranın qızılı Quranına and içirdi. Deyirdilər ki, cuma axşamları onun qəbrinin üsdündə öz-özünnən maşal yanır.