4. UŞAĞIN DİL AÇMASI Uşax gej dil açanda ona sərçə əti verəllər, sərçə tez-tez cikkildədiyi üçün, bir də göyərçin yumurtası verillər. Sora bizdə bir quş varıydı, ona “dıra-dıra” quşu deyirdilər. Elə gözəl quşuydu, üsdündə hər rəng tükləri varıydı. Deməh, həmən o “dıra-dıra”nın ətinnən verirdilər. Məsələn, deyirdilər filankəsin uşağı danışmır də, ona “dıra-dıra” əti verirdilər. O quşu vırırdılar, ətini gətirip kabap kimi edip uşağa verirdilər, həm də onun yumurtasını. Az müddət içində uşax dil açardı, dil boğaza qoymazdı. Gec dil açan uşağa bildirçin yumurtası da verirdillər.