3. CANAVAR HAQQINDA
Ən qəddar heyvan canavardı. Canavar çox xayin heyvandı. Bax, itnən canavarın tafotu ondadı kı, it iy bilir, canavar bilmir. Canavar iy bilsə, heş bir heyvan qalmaz, hamısını qırar. Deməli, iydən bilər ki, orda bir heyvan var də, amma onu bilmir, gedir onun böyründən ötüf gedir, iy bilmir də. Bizlərdə Şahbılağı dağı var. Canavar orda balalamışımış. Aşağıdan da yol gedir dağa, qoyun sürüsü gedir də. Canavarın balası deyir:
– Ana, olar heylə çoxdular, biz niyə çox döyülük.
Deyir:
– Biz o qədir paxılıx kı, biz artmarıx.
Görürsən, canavar bir sürünün içinə düşəndə birini götürmür, başdıyır hamısını qırmağa.
Dostları ilə paylaş: |