5. BƏYQUŞ HAQQINDA
I mətn
Biz hamımız bəyquşu bəduğur heyvan kimi tanıyırıx da. Amma bəyquş bəduğur döyül. Bəyquş İmam Hüseyn qətlə yetirilincə insanın süfrəsinin qırağında otururmuş, insannan çörəh yeyirmiş. Elə ki, insannarda vəfasızlığı gördü ki, İmam Hüseyni qətlə yetirdilər, onnan sora bəyquş çəkildi. Bütün günü İmam Hüseyn üçün ağlıyır.
Bir dəfə yataxda getdih gördüh ki, – bəyquş iki dənə yumurta qoyar, – gördüm ki, biri yatıf yumurtanın üsdündə, biri də zarıyır. Gündüzdər İmam Hüseyn üçün ağlıyır, gejələr də düşür ruzusunun dalına. Amma biz bəduğur heyvan hesab eliyirih. Onnan uğurlu heyvan yoxdu.
II mətn
Süleyman peyğəmbər şahlarnan ova gedəndə görür ki, bir bayquş orda danışır. Süleyman peyğəmbər ayağ saxlıyır buna cavab verir. Bu paççah Süleyman peyğəmbərə deyir ki, nə deyir o, nə danışırsan onnan? Deyir ki, vallah, harda abad yer görürəm, kənd görürəm, oranı qarğıyıram ki, xarabalığ olsun. Bu bayquşun cinsi xarabalıxda qalmağdı.
İlan üstünə gəlsə, Süleyman peyğəmbərin adını çəksən, ilan orda qıvrılıb qalar. Süleyman peyğəmbərin adını çəksən, üsdünə ayı gəlsə, o da qayıtmalıdı, canavar gəlsə, o da qayıtmalıdı. Allah-tala Süleyman peyğəmbəri yaradanda bütün insin-cinsin hamısının dilini ona verib.
III mətn
Bayquşu çörəynən, duznan, bir də Süleyman peyğəmbərin adıynan qovmax olar. Olar şər vaxdı çıxar, günbatannan sora. Duz-çörəh götür, çıx qabağına, and ver duza-çörəyə ki, çıx get.
Dostları ilə paylaş: |