Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,69 Mb.
səhifə17/237
tarix01.01.2022
ölçüsü2,69 Mb.
#103083
1   ...   13   14   15   16   17   18   19   20   ...   237
13. ÇOBAN ULDUZU
Günəşin arxasınnan çıxan ulduza çoban ulduzu deyəllər. O ulduz çıxanda çoban qoyunu örüşün başınnan qaytarar arxaca.
14. SAĞMAL ULDUZU
Gün batmamışdan bir ulduz doğur e, bına bizdə Sağmal uldu­zu deyillər. Yəni, o ulduz batana qədər sağmal qoyun gərək örüşdə ottasın, gəlməsin evə. Bının adı belədi. Amma o ulduz işığ yananda batır. Dan ulduzunnan bir az qabax batır. Sağmal deyillər ki, yəni qoyun gərək həmişə ottasın, gəlməsin evə.

15. YEDDİLƏR
Yeddilər yeddi ulduzdu. Oların yeddisi də, deməli, həmişə topa çalıllar, zəyif olur oların işığı. Amma oların içində bir dənə qüv­vəli işığı gələn ulduz var. Bu qüvvəli bir dənə ulduz Tərəzi­lər­dən gedəndi. Deməli, arada münaqişə olub, keçmiş kişilər deyər­miş, bir dənə ulduzu bılar burdan guya girov götürüblər. Biyənki­nin* içində də bir dənə zəyifi görürsən var, qalanı işıxlıdı. Guya olar da onu götürüflər.

Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin