Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,69 Mb.
səhifə22/237
tarix01.01.2022
ölçüsü2,69 Mb.
#103083
1   ...   18   19   20   21   22   23   24   25   ...   237
22. BALIĞIN QARNI NİYƏ QARADIR?
Peyğəmbər deyif hər küşdə evladını götsün, çıxsın gəlsin mey­dana. Hərə birini alıf dalına, gedifdi. Qarnı yanmamış qurbağa da bir cıkqılı balasını büküfdü bağa-bağa yarpağına, alıf dalına gedif. Deyif:

– Hamı balasını qoydu yerə, bəs sən niyə qoymursan?

Deyif:

– Utanıram.

Qurbağa balasını dalınnan yerə salanda peyğəmbər deyif:

– Allah-talanın ən gözəl bəndəsi sənsən. Suyu verdim sana.

İlana deyif:

– Torpağı verdim sana, amma ildə bircə dəfə dil çal torpağa.

Balığa deyif:

Dəryada olduğuna baxma, dəryadan saa su qismət dəyil. Göydən yağış yağanda ağzıı tutarsan, bir damcı düşər.

Görürsən, deyillər, qarnın balıx qarnı kimi yansın. Dəryada olduğuna baxma, balığın qarnı qapqara yanıfdı.


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin