27. ÇİNAR NİYƏ UCADI? Qədim zamanlarda göyün üzünü qara bulutdar tutufmuş. Hər tərəf qarannıx, zülmət kimi imiş. Bir gün belə, beş gün belə. Bulutdar göyün üzünnən dağılışıf getmək bilmir. Bütün ağaşdar bir yerə toflaşıf məsləhətdəşillər ki, belə olmaz. Belə getsə onda bizim meyvəmiz-zadımız olmaz, adamlar ajınnan öləllər. Sora onnar çinara deyillər ki, ay çinar, sən arxın lap yanındasan. O sudan doyunca içif tez yekəl, o qara bulutdarı bir az arala, qoy üsdümüzə gün düşsün. Çinar yoldaşdarının sözünü yerə salmır. Onnarın sözünə qulax asıf o ki var sudan içif-içif yekəlir. Bir də baxıf görür ki, qanatdarı bulutdarı deşif çıxıf. O qanatdarıynan bulutdarı aralıyır, gün ağaşdara düşür. Çinar geri qayıdır, gəlif görür ki, boy, bütün ağaşdarın meyvələri qızarıf, saralıf, amma onun heş meyvəsi-zadı da yoxdu. Çinarın qanı qaralır. Munu başqa ağaşdar görüf çinara ürəh-dirəh verillər ki, biz səən əvəzinnən də meyvə verəjəyik, amma sən elə o hündürdə dur, qoyma bulutdar günü tutsun. Deyilənnərə görə, çinarlar tez su içif yekəlillər ki, qara bulutdar göy üzünü tutmasın.