Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,69 Mb.
səhifə29/237
tarix01.01.2022
ölçüsü2,69 Mb.
#103083
1   ...   25   26   27   28   29   30   31   32   ...   237
29. TOYUQ NİYƏ UÇA BİLMİR?
Qədim zamannarda indiki toyux dediyimiz ev quşu o biri quşdar kimiydi. Yəni o biri quşdar təki qanatdarı uzun idi. Göyün yeddinci qatına uça bilirdi, qışda isdi ölkələrə uçar, yayda isə yenidən öz yurd-yuvalarına gələrdilər. Bu minvalla illər keçərdi.

Günnərin bir günüydü. Yayın ömrü qurtarmışdı, üzü payı­zay­dı. Hamı qışa tədarük görürdü. Quşdar da dəsdə-dəsdə isdi ölkələrə uçurdular. Toyux da başqa quşdar təki irazılaşıb isdi diyara uçmağı qərara almışdı. Nə isə... Bunnar uçmazdan qabax bir yerə yığışıb dərtdəşillər. Ordan-burdan danışa-danışa söhbət dolanır gəlir savah­kı səfərrərinin üsdünə. Durna deyir:

– Hə, dosdar, sabah Allah qoysa, uçurux isdi diyarrara.

Başqa quşdar durnanın dediyini təsdiqləsə də, toyux cırnadı:

– O nə deməkdi? Allah qoysa da uçacağıx, qoymasa da!

Elə bu an hava tutulub açıldı, qızarıb-bozardı. Quşdar baxıb görüllər ki, çəpərin başına qonmuş toyuğun qanatdarı gödəlif. To­yux da quşdarın ona məətdəl-məətdəl baxdığını gorup özünə baxdı. Qanatdarının xeyli gödəldiyini görüp əsəbləşdi. Tezcə bu qanatdar­nan nətər uçacağını sınaxdan keçirtmək üçün çəpərin başındaca qanatdarını çalmağa başlayır. Nə illah eliyirsə, çəpərin başınnan hündürə uça bilmir ki, bilmir. Elə ordanca yerə çırpılır.

Sən demə, toyuğun lovğalığı, dediyi sözdər Allaha xoş get­miyif və onu bu cür cəzalandırıp. Elə o zamannan da toyux nəinki diyar-diyar uça bilir, heç çəpərdən hündürə belə uça bilmir.

Bu hal-qəziyyə toyuxlara çox təsir eliyir. Onnan da bu ağılsız toyuğun səhvini düzəltmək və bir daha belə imtahannara çəkilmə­mək, cəzalandırılmamaq üçün, hər qurtum su içəndə başdarını tanrıya tutub irazılıx eliyillər.



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin