Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,69 Mb.
səhifə33/237
tarix01.01.2022
ölçüsü2,69 Mb.
#103083
1   ...   29   30   31   32   33   34   35   36   ...   237
33. PEYĞƏMBƏR VƏ ÇOBAN
Bir çoban qoyun otarırdı. Peyğumbər də Turu-Sənaya Allah­nan danışmağa gedirdi. [Çoban peyğumbərə] dedi ki, otur bir lox­ma çö­rəh yəəh də, nahar eliyəh. Bu mınnan oturdu. Oturanda çoban dedi:

– Sən kimsən?

Dedi:

– Mən peyğumbərəm, tanrıynan danışmağa gedirəm, kəlmə kəsməyə gedirəm.



Peyğumbərlər, seyitdər Allahın yerdəki elçisidi. Sən də de­yir­sən, “ya Allah”, mən də deyirəm, “ya Allah”. Sənin yüz “ya Alla­hı”nı eşitməz, amma məəmkin birincidən eşidər.

Çoban deyir ki, yaxşı, ya peyğumbər, mən sənin xətrinə dəysəm, məni Allahın qəzabı havaxt tutar?

Deyir:

– Qırx ildən sora.



Çoban deyir:

– Əə, məəm əlli-atmış yaşım var, mən qırx il yaşıyajam ki?

[Çoban] peyğumbərə sataşır, təhqir eliyir. Çomağını götürür, hey, hey eliyir, qoyunu səsdiyə-səsdiyə arxı hopbananda yıxılır, qılçası qırılır. Deyir:

– Ya peyğumbər, bəs sən Allahın elçisisən, yerdə insannarın peyğumbərisən, biz sizə inam gətirmişih, sən niyə yalan danışdın?

Deyir:

– Yox, əzizim, bu mənimki döyül, qırx il bunnan qabax bir abi­din qəlbinə toxunmusan, hardasa onu təhqir eləmisən, bu, onun­kudu, qılçın qırılıf.



Deyif:

– Vay, evi yıxılan canım, abidinki belədirsə, peyğumbəri təhqir etdiyimə görə məəm belim qırılar ki.

Sürünüf mıın yanına, deyib:

– Ya peyğumbər, sənnən üzür isdiyirəm, səni sınamağ üçün bı sözü deyirdim, görüm nə cavap verəjən.

Peyğumbər ona öz yardımını eliyir, sora yoluna davam eliyir. Bı çoban başa tüşür ki, bir ağbirçəyin, bir ağsakqalın qəlbinə toxu­nanda Allah həmin şəxsi cəzasız qoymur. Onnan sora o başdıyır yaşlılara hörmət eləməyə.


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin