Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,69 Mb.
səhifə40/237
tarix01.01.2022
ölçüsü2,69 Mb.
#103083
1   ...   36   37   38   39   40   41   42   43   ...   237
40. İSMAYIL PEYĞƏMBƏR
Qurban kəsmə elə bil ki İbrahimxəlil peyğənbərin dövrünnən qalıfdı. Onun elə bil züryəti yoxumuş. Allah-talıya üz tutur, deyir:

– Ya Allah, sən maa bir övlat ver.

Mının da arvadının adı Həcərmiş. Allah-tala deyir ki, Həcər­dən saa bir züryət verəjəm. Kişi gəlir arvada deyir ki, bı arvadın da atmış yaşı varmış, Allah-tala sənnən maa züryət verəjək. Arvat əl atır üzünə, deyir ki, mənim innən belə züryətim olar? Deyir ki, hə, Allah-tala verəjək, olajax.

İndi gəlir həmən bı İsmayıl olur. Yekəlir, irilir, yeddi-səkgiz yaşına çatır. İbrahimxəlil peyğənbər hər gejə yuxuda görür ki, buna deyillər “ya peyğənbər, isdəhlii qurban kəsmədin”. Bı gəlir nə qə­dər qoyunu, malı varmış kəsir, dəvəsi varmış kəsir. Bu yuxunu yüz dəfə görür. Deyir ki, ya peyğənbər, isdəhlii maa qurban kəsmədin. Bı da fikirrəşir, deyir ki, İsmayıldan başqa mənim isdəhlim kimdi? Arvada deyir ki, arvat, İsmayılın paltarını dəyişdir, başına xına qoy, əlinə xına qoy, birəz də bizə çörəh, mını götürüf gedəjəm ov vır­ma­ğa. Bı da deyir ki, əşi, gedirsən get dana, mını nəə özünnan aparır­san. Deyir ki, yox, mını da aparajam.

Hə... İndi durur dəsmala çörəh bağlıyır, gedir. Yolda şeytan, Allah nəhlət eləmiş, gəlir İsmayılın anasına deyir ki, ay başaa kül, nəə oturmusan? İsmayılı atası aparıf qurban kəsməyə. Bı da deyir: “Allah saa nəhlət eləsin, heç ata da oğlunu qurban kəsər?” Əl çək­mir. Arvat götürür cəhrənin başını atır, – ona göra nəhlət deyillər şeytana, – şeytanın gözünü tökür.

İndi yolnan gedillər. Bir düzəngahlıxda, bir yerdə durur. Uşa­ğa deyir ki, bala, mən Allah-taladan diləy elədim, Allah-tala səni ver­di mana. İndi səni gətirmişəm Allahın yanında qurban kəsməyə, nə deyirsən? Bı deyir ki, hə... Uşaxdı dayna. Allah qooluna zad gə­ti­rir, deyir ki, hə, ata, sən məni Allah yolunda qurban kəsənnən soora mən heş zad demirəm. İndi gedillər. Uşax deyir ki, ata mənim əl-əəğimi bağla, üzümə də bir şey at. Birdən çabalıyıf səni incidə­rəm, Allaha ağır gedər. Pıçax da götürmüşümüş. Pıçağı götürür, uşa­ğın əl-əəğini bağlıyır, yönü qibləyə yıxır, pıçağı boğazına sürtür, nə qədər eliyir pıçax kəsmir. Pıçağı vırır bir daşa, daş iki bölünür. Görür kü, Allah-taladan sada gəlir: “Allahu əkbər, Allahu əkbər”. İbrahimxəlil deyir: “La ilaha illallah və Allahu əkbər”. Bı üzü örtülü, əl-əəği bağlı uşax da – İsmayıl da deyir ki, “Allahı əkbər, vəlillahi ilhəmd”. Bıllar dayanır, dayananda görüllər ki, Allah-tala Həzrəti Cəbrayıla deyir ki, get cənnətdən bir qoçı apar, mən onu sınıyırdım. Bir qoç apar onun əvəzinə, İsmayılın əvəzinə qurbanı kəssin. Bir dizi qara, gözü qara qoç gətirir İsmayılın əvəzinə, mını kəsir. İsmayılı da durquzur. Bıllar deyir:



Həmd olsun ya rəbbim, ya rəsul Allah, bizi bı zaddan qurtardın.

Birəz də ətinnən kabab eliyillər, yeyillər, qalanını da bağlıyır torbıya, götürür gəlir. Arvat deyir:

– Şeytan deyir İbrahimxəlil peyğəmbər oğlu İsmayılı qurban kəsir. Helədi?

İbrahimxəlil peyğəmbər deyir:

– Arvat, şeytan sənə necə demişdi, elə həyliydi. Hamba mən bı yuxunu yüz dəfə görmüşdüm. İndi də dedim İsmayıldan başqa mənim isdəhlim kimdi? Elə apardım mını kəsməyə. Onçun gəlif şeytan həylə səni alladıfdı.

Hə, indi bala, hər şey Allahın əlindədi. O, uşağını kəssə, ildə gərəh hərə öz oğlunun birini kəseydi. Allah-tala elə bil ki irazı olmuyufdu. Mının əvəzinə qoş gəlif, kəsif. İsmayıl qurbanı onnan qalıf. Elə bil ki ildə hərə bir qoyun kəsir İsmayılın adına.



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin