6. İTƏ DÖNMÜŞ İNSANLAR
Kəntdən bir nəfər sürgün olunmuşmuş, Aybasannıdan idi. Axı o vaxdı sürgün eliyirdilər. Ordan indi qayıdıf gəlirmişdər. Gəliflər, gəliflər, görüflər bir dev qoyun otarır. Deyif:
– Gəlin, gəlin.
Bırasınnan bir təhnə çıxardıf, qolunun altınnan çörəh çıxardıf doğruyuf. Qoyunu sağıf, bıllara verif, yedizdirif. Qayıdır bılları aparır əvə. Aparır əvə, ojağı qalıyır. Yerin altında böyüh əvi varmış, onun qapısına dəyirman daşı qoyurmuş. Bını devdən başqa heş kəs qaldıra bilmirmiş. Ojağı qalıyır, bınnarın bir babatın çəkir şişə. Qoyur ojağa, yeyir, yatır. Bı ikisi qalır. Deyillər:
– Biz nətər eliyəh ki, dəyirman daşını götürəh.
Şişi qoyıllar ojağa. Bircə də gözü olur e, alnında. Qoyıllar ojağa, duruf adama bir qoyın soyullar ki, bürünəh. Bı, qıçının arasınnan qoyunu bir-bir çıxardanda qaçarıx. Hə, o şişi götürüllər, basıllar bının gözünə. Yatmışımış, çığırır, çığırır, durur. Dəyirman daşını götürür, qıçının birini o qapının arasına qoyur, birini bı qapının arasına qoyur, bırdan bir-bir qoyunu çıxardır çölə. Bıllar dərinin içində çıxıf qaçıllar. Nağıl yox, elə düzü oymış e… Dedihlərini deyirəm. Gəlillər, gəlillər bir mahala çıxıllar. Deyillər ki, bizi qonax saxlıyarsız?
Deyillər:
– Hə.
Bir talvarrarı varmış. Deyillər:
– Gejələr biz it oluf darışırıx bir-birimizin canına. Çıxın oturun o talvarda, hamma nərdivanı da çəkin qoyun yanıza.
Deyir, heylə çıxıf oturuflar talvarda, nərdivanı da çəkif qoyuflar yannarına. Səhərəcən bıllar it oluf darışıf bir-birinin canına, səhər olanda oluflar adam. Qayıdıf ordan düşüf gəliflər Arazın qırağına. Görüflər ki, iki dooz – çöl doozu Arazın bılar olan tərəfində otduyullar. Gözdüyüllər, gözdüyüllər, elə bılar suya girəndə hərəsi birinin üsdünə atılır, o dooz da öldürərdi e, olları. Doozdar oları çaydan keçirdir. Suyun qırağına çatan kimi düşüllər. Bı doozdar qaçır. Biri Aybasannıdanımış. Gəlif o nağıl eliyirmiş. Bax, belə başımıza işdər gəldi o vaxdı. Gəlif heylə çıxmışımış əvlərinə.
Dostları ilə paylaş: |