Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,32 Mb.
səhifə10/197
tarix01.01.2022
ölçüsü2,32 Mb.
#103325
1   ...   6   7   8   9   10   11   12   13   ...   197
10. CİN HAQQINDA
I mətn

Valyanın atası danışır. Deyir, balaca uşağam, yetiməm, bəyin qoyununu otarıram. And içir ki, qoyun otardığım yerdə iki-üş nəfər gəl­di. Dedilər ki, qoy qoyun dursun burda, gedəh yığıncağımız var, sən ye, iç. Qoyunu yatışdırdıx, həmin adamlar məni də götdülər, get­dih. Getdih gördüh çalğı, çalan-oynuyan. Surfa salınanda maa dedilər:

– Bax, çörəyi kəsəndə heş-zad deməginən.

Mən də dedim ki, əşi, yalannan danışmaginən.

Dedi:


Bu ölsün, yalan demirəm. Maa dedilər ki, “pismillah” sözün demə. Mən də adətimizdi da, “pismillah” eliyəndə gördüm qava­ğım­da heş-zad yoxdu. Malın təzəyinnən başqa heş-zad yoxdu. Dur­dum ağacı götdüm, nətər qaşdım qoyunun yanına, başımın tükü qalxdı, yendi. Qorxdum, bu nə idi başıma gəldi?!

Dedim:


– Sən möcüzə danışırsan.

Dedi:


– Yox, vallah, gözümnən gördüyümü deyirəm. Qoyunu da yığdım, çıxdım gəldim.
II mətn

Cin ən çox hərisdi ata. Bizim bir göy maydanımız vardı. Əşrəf dayı bilər. Səhər vaxdı dururdux ki, atın belinnən tər su kimi tökülür. Hər gün gedirdih, baxırdıx, atın yalı yoxdu, atın yalı zəncilər ki saç hörür ey, bütöy, nazik-nazik hörülüf. Açırdıx, səhəri gedirdih ki, gənə hörülüfdü. Sora atam gətdi sancax qoydu ora. Sancax qoyannan sora da atın yalı hörülmədi. O, sancaxdan, bir də iynədən qorxur.



Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin