Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,32 Mb.
səhifə113/197
tarix01.01.2022
ölçüsü2,32 Mb.
#103325
1   ...   109   110   111   112   113   114   115   116   ...   197
23. HATƏMİN SƏXAVƏTİ
Deyilənə görə, Hatəm özü siftə kasıb bir şəxs oluf. Peyğəm­bər Allah-talaynan söypətə gedən vaxdı, – Musa peyğəmbər Tur dağına çıxıb danışırdı, bizim peyğəmbərimiz Məkkədə Turi-Sinaya çıxıb danışırdı, – bu dedi ki, ya peyğəmbər, hara gedirsən? Deyi­lənə görə, Musa peyğəmbər oluf. Dedi:

– Gedirəm, Allahnan söypətimiz olmalıdı.

Deyir:

– Ona mənim vəziyyətimi de. Denən ki, axı mənim varım, pulum-zadım yoxdu.



Deyir:

– Deyərəm.

Özü də imamdan-zaddan kamil adam olur Hatəm. Gedir, gəlir. Deyir ki, ay Hatəm, Allah-tala tərəfinnən deyildi ki, sana o dün­yanı bəxş eləmişəm, neynirsən, bu dünya müvəqqəti şeydi. De­yir ki, ya peyğəmbər, qayıdanda de, bu dünyanı da versin, nolar.

Deyir:


– Axı onda o dünyanı alajax.

Deyir ki, onu Allaha pənah.

Peyğəmbər genə Allahnan kəlmələşməyə gedəndə Hatəmin isdəyini çatdırır. Allah deyir ki, verdim. Allahın da bir kəlmə “ol” sözüdü də.

Bu nətər varranırsa... Ağa söypət eliyirdi ki (Seyid Yusif ağanı nəzərdə tutur – top.), cütü saldırıf bir daşdıx yeri əkdirən vaxdı cüt ilişir. Görür ki, zincirə düzülmüş küplərdi, hamısı qızıldı.

Nəysə, uzun sözün gödəyi, axır bu bilir ki, Allahnan bunun ara­sın­­da bir əngəl var. Səyfə yol verif, indi düzgün mövqe tutmasa, Allah-tala, həqiqətən, bunun əlinnən alar o dünyasını. Bu gətirir yed­di yolun ayrıcında bir imarət tikdirir. Hər yolun da istiqamətinə bir qapı qoydu­rur. Genə rəvayətə görə, kim hansı qabda, hansı qa­şıx­da xörəh yeyə­jəhsə, o qaşığı, o qabı ona bağışdıyır, götürür ge­dir. Bu qabnan, qa­şıx da qızıldandı. Bu cür vəziyyət yaradır. Gələn, gedən də hədinnən artıx.

Bir günnəri görür kü, peyğəmbər də gəlir. Bunun adamları varmış yolda ki, birdən qıraxdan-bucaxdan adam keçif gedə, gətir çörəh yesin, sora getsin. Peyğəmbəri saxlıyıllar:

– Hara gedirsən?

Deyir ki, gedirəm belə. Deyir:

– Gedək ora.

Deyir:


– Ə, ora mən girmərəm, nə danışırsınız.

– Ə, niyə girməzsən?

Deyir:

– Mən bilirəm da, hesabı bilirəm. Allahın yolunnan çıxmış adamdı, ona görə getmirəm.



Bular deyir:

– Uzun danışma, gedəh yiyəsiynən özün görüş, nə deyirsən ona deyərsən.

Onu gətirillər, oturdullar. O vaxdı yerdən imiş da oturmax. Buna yeməh qoyullar, xörəh qoyullar. Görüllər bu yemədi. Gəlillər buna deyillər ki, a qardaş, çörəyini ye da. Deyir:

– Yemirəm.

Nə qədər eliyillər, yemir. Gedillər Hatəmə deyillər ki, ay Hatəm, hal-qəziyə belə-belə. Hatəm gəlir, içəri girəndə görür kü, peyğəmbərdi. İndi bu varranıf, hallanıf, imkannanıf, peyğəmbər elə əvəlki cırıx paltarında-zadında. Peyğəmbər bunu tanıyır, bu da peyğəmbəri tanıyır. Amma bir-birini tanıdıxlarını büruzə vermillər. Peyğəmbər o mənada ki, bunun çörəyini yeməsin. Bu da o mənada ki, onun peyğəmbərriyini bildirməsin. Gəlif buna deyir ki, niyə yemirsən çörəh? Deyir ki, yemirəm də, toxam, yemişəm.

Deyir:


– Çörəyini ye.

Üş dəfə söz təkrar olunur, peyğəmbər yeməh isdəmir. Yeməh isdəmiyəndə Hatəm əlini boş qoymur, bunun qulağının divinnən bir qapaz.

– Ya çörəyi yeyəssən, ya burdan meyidin çıxajax.

Peyğəmbər görür ki, adamlar bunun, silahlılar bunun, qolu­zor­rulux bunda. Əgər bir loxma çörəh yeməsə, bunu burda birtəər eliyəjəhlər. Dinməz-söyləməz çörəyi yeyir. Qabı-qaşığı da qoyullar bunun həvgəsinə, bu durur dilxor-dilxor gəlir Turi-Səna dağına.

Allahnan söypətində deyir ki, ey qüdrətdi Allah, özünə agahdı hər şey, sən yenə Hatəmi göndərəssən cənnətə? Deyir ki, siyahıya bax, gör hara yazılıf adı. Baxır ki, başda yazılıf. Bir az belə şübhə yaranıf ürəyində. Şübhə yarananda Allah tərəfinnən sada gəlif ki, noldu?

Deyir:


– Ay Allah, axı sən demişdin ona o biri dünyanı vermişəm, amma indi adı siyahıda başdadı.

Deyir:


– O saa çörəyi nə fason yedirtdi?

Deyir:


– Nətər yedirdəjəh? Qulağımın divinnən iki qapaz vurdu, qab-qaşığı da həvgəmə qoydu.

Dedi:


– Həmən qapazı maa da vuruf, cənnəti alıf.


Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin