Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,32 Mb.
səhifə114/197
tarix01.01.2022
ölçüsü2,32 Mb.
#103325
1   ...   110   111   112   113   114   115   116   117   ...   197
24. MƏBUDNAN HARAMIBAŞI
I mətn*

Musa peyğəmbər bir gün Allahnan kəlmələşəndə deyir:

– İlahi-pərvərdigara, görəm cənnətə kim gedəjəh, cəhənnəmə kim?

Dedi:


– Ya Musa, cənnətə filan adam var ey dünyanı dağıdan, o gedəjəh. Filan dağın başında məbud var ey, cəhənnəmə o gedəjəh.

Musa peyğəmbər Allaha deyəjəydi niyə heylə olur? Durdu gün­batan çağı ağacı qoydu belinə, getdi bu məbudnan yoldaş oldu. Dedi:

– Ya Musa, niyə duruf getmirsən?

Dedi:

– Qarannıx düşüf axı, gedə bilmərəm.



Bunu sınamağa gəlif axı. Dedi:

– Mənim çörəyim yox, sənə verəm, mitilim yox, sənə verəm.

Axşam iki yeməh gəldi. Yeməyin birini qoydu ayna ki, savah maa yeməh gəlmiyəjəh. İki dəsd mitil gəldi. Dedi:

– Hə, bu gejə çox soyuğ olajax, ikisin üsd-üsdə salaram.

Musa peyğəmbər də çox zor adam olur ey. Musa peyğəmbər görür çox soyux oldu, durur kürəyini buna sürtür ki, bəlkə isinə. Görür ki, bitişillər. Allah dərgahına üz tutur, deyir:

– İlahi-pərvədigara, mən səyf eləmişəm, səyfimdən keç.

Dedi:

– Ya Musa, səyf eləmisən, eləməmisən bilmirəm. Qırx haramı-başı var, onun bir oğlu var, kəsif qanını araza töksə, aralanessuz, tök­məsə, elə helə də qalessuz.

Dedi:


– Dur gedək.

Durdular bir az o belinə aldı, bir az bu, helə-helə getdilər çıx­dı­lar darvazaya. Darvazaya çatanda arvad baxdı ki, bu Musa pey­ğəmbərdi. Dedi:

– Ya Musa, bu nə işdi?

Dedi:


– Oluf da, Allahın qəzəbinə keşmişih. İndi bizim dərdimizin çarəsi sizdədi. Kişi evdədi?

Dedi:


– Evdədi, gəlin.

Dedi:


– Allah-talaynan kəlmə kəsdim, dedi sizin aralanmağınız üçün qırx haramıbaşı var, o, oğlunun başını kəsif qanını aranıza tök­sə, aralanessuz.

Dedi:


– İlahi-pərvərdigara, şükür saa. Şükür qanım peyğəmbər qanı­na qarışır.

Gətdi oğlunu kəsdi, qanını tökdü, aralandılar. Aralanannan sora Musa peyğəmbər üç rükət namaz qılıf Allah dərgahına dua elədi, oğlan dirildi.

İndi məbud olmaxnan deyil ey, gərəh qəlbin düz ola.
II mətn

Musa peyğəmbər Allahnan söypət eliyən vaxdı deyir ki, ey qüdrət sahibi, cənnətə birinci kim gedəjəh? İndi bunun ürəyinnən keçir ki, Allah buna desin sən gedəssən də, arxayın ol. Deyir:

– Barmağını belə tut, görəssən.

Bu barmağını belə tutur, görür ə, bir kəndin ortasında bir dəsdə camaatdı yığışıf, ortada da bir adam qaval vuruf oynuyur. Peyğəmbər çox pis vəziyyətə düşür. Səda gəlir ki, noldu? Deyir ki, başına dönüm, sənin dediyinə mən nə deyə bilərəm ki?

Deyir:

– Yox, bilirəm, fikrin aydındı. Sən indi inandığın bir adamdan get soruş. Denən ki, iynənin ulduzunnan dəvə keçər, keçməz? Onun da cavabını al, həmən o qaval vuranın da. Get.



Musa deyir:

– Gedirəm, qırx ildi zahidlik eliyir, abitdi, onun yanına.

Gəlir:

– Abid ağa, dayan, sənə bir sualım var.



Deyir:

– Ya peyğəmbər, buyur.

Deyir:

– İynənin ulduzunnan dəvə keçər?

Əlini qoyur peyğəmbərin alnına, deyir:

– Yox, elə bildim qızdırman var, yoxdu. Ə kişi, o dar yerdən dəvə nətər keşsin.

Durur gəlir həmən o adama yaxınnaşır. İndi buna yaxınnaşıf əl vermir ki, bu haramdı dana. Deyir:

– Əyə, bir dayan, qavalını saxla.

Bu saxlıyır. Deyir ki, sənə bir sualım var, cavab verə bilər-sənmi? Deyir:

– Ver, bildiyimi deyəjəm.

Deyir:

– İynənin ulduzunnan dəvə keçər?



Deyir:

– Rəhmətdiyin oğlu, mən də elə bilirəm sən nəsə çətin sual verəssən. Ə, Allahın razılığı olannan sora dəvə nədi, fil karvanı keçər ordan.

Peyğəmbər belə baxır-baxır, deyir:

– Hə, Allah-tala biləni heş kəs bilə bilməz.

Abid, qırx il Allaha ibadət eliyən bir şəxs şübhəynən yanaşdı, amma bu, Allaha şübhə eləmədi. Dedi Allahın razılığı olsa, keçər.


Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin