Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,32 Mb.
səhifə137/197
tarix01.01.2022
ölçüsü2,32 Mb.
#103325
1   ...   133   134   135   136   137   138   139   140   ...   197
46. ÇOBANIN MƏNASIZ SÖZÜ
Rütbəli adamlar həmişə axtarışda olullar, maraxlı adamlar ax­ta­rıllar. Şah Abbas vəziri göndərir ki, adam tap gətir, elə bir şey danışsın ki, mənim üçün mənasız olsun. Vəzir deyif:

– Əşi, mən hara gedim, nətər gedim?

Deyif:

– Tap gətir. Gətirməsən, mənim üçün onun danışdığı mənasız olmasa, sənin boynunu vurdurajam.

Vəzir fikirrəşir ki, hamının dərdi var. Kimi tapıf gətirsə, elə bir şey danışajax ki, bunun bir tərəfi gəlif söykənəjəx ölkənin prob­leminə, bunun öz probleminə.

Bir gün fikirri-fikirri gedirmiş, görür bir dənə çoban çubuğu yontalıyır. Çoban buna deyir:

– Niyə bekaf gəzirsən?

Deyir:


– Vallah, padşah maa belə bir söz deyif, qalmışam belə. Bu dağ­­da bir sənsən, bir mən. Qoy elə dərdimi saa deyim. Padşah maa de­yif ki, elə bir adam tap gətir ki, danışığı mənim üçün mənasız olsun.

Deyir:


– Ə, orda nə var ki, məni apar.

Çubuğu qoyur qoltuğuna. Deyir:

– Ə, mənasız olmasa, sən öl, mənim boynumu vurajax ey.

Qoyunu təhvil verir bir adama, yığıllar arxaca, gəlillər saraya. Şah Abbas vəzirə baxır, çobana baxır, deyir:

– Ə, bunu gətirmisən? Bu nə danışajax?

Deyir:


Nə bilim vallah, nə danışajax burda danışajax.

Vəzir deyif:

– Buyur danış.

Deyir:


– Saa bir sual verə bilərəm, padşah? De görüm sən dütdəh çala bilirsən?

Padşah deyir:

– Ə, bunnan ötrü gəlmisən? Dütdək çalmağın mənim üçün nə mənası var?

Çubuğu qoltuğunnan çıxardır, deyir:



– Sənin üçün mənası yoxdu, amma mən çoban adamam, mə­nim üçün bunu çalmax mənalıdı. Neçə ildi əlləşirəm, elə hey düzəl­dirəm qarğıdan-qamışdan, üfürürəm, alınmır. Saa mənasız söz la­zım deyil?

Padşah barmağını dişdiyir, deyir:

Doğrudan da, bu mənim üçün mənasız sözdü. Mən dütdəyi çalsam da, çalmasam da, bu ölkəni mən idarə eliyirəm. Aparın ona qızıl verin, bir yaxşı da dütdək verin, aparın örgədin onu.


Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin