Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,32 Mb.
səhifə142/197
tarix01.01.2022
ölçüsü2,32 Mb.
#103325
1   ...   138   139   140   141   142   143   144   145   ...   197
51. SAĞALMAZ XƏSTƏLİYƏ TUTULMUŞ ADAM
Bir şəxsi gəldi Loğmanın yanına. Loğman başını qaldırdı ki, bu, bunnarın kəndçisi filankəsdi. Dedi:

– Qardaş, dayan.

Dedi:

– Nədi?


Dedi:

– Məndə sənin müalicən yoxdu. Üş günün qalıf, üş günnən sora sən dünyaynan vidalaşırsan. Ged uşağının içinə, halallaş, çıx get.



O adam çox pis təsirləndi. Bilirdilər ki, Loğman bildiyini de­yir, bilmədiyini demir. Durdu bunun dokqazınnan çıxanda fikirrəşdi, dedi:

– Ə, gedif bu üş günü uşağa, ayləyə bu zülümü verməhdənsə, ağzımı tutajam üzü belə, dağlara tərəf. Gedəjəm, o üş gün vaxt harda tamam olur, olsun. Orda indi kimsə rast gələjəh, quyu qazıf basdıra, ya da ki qurt-quş yeyə, çıxar gedər.

Durdu belə dağa tərəf gəlirdi. Gördü dağın döşündə böyüh bir qoyun sürüsüdü, yayılıf otduyur. Çoban da bir daşın böyründə bir məzəli qava süd sağır, amma qoyunun da rəngi qapqaradı. Bu südü sağdı, qutara-qutar mametdə başını belə qaldırdı ki, qoyun aralaşıf. Tez südü qoydu daşın böyrünə, özü tərpəndi qoyunu qaytarmağa. Bu ayna gedən kimi bu xəsdə da canını gəzdirirdi da, ayax üsdə güjnən dururdu. Belə baxırdı ki, gözü-başı tor görür. Gördü daşın arasınnan qara qərtməxli ilan sivrildi çıxdı, bu sütdən bir az işdi, qayıtdı bir də südün içinə qaytardı. Süd göm-göy göyərdi.

– Hə, tapdım. Sən öl, bunu içəjəm, çoban gələnə qədər elə burda da yıxılajam. Çoban gələjəhdi, məni burda basdırajax, çıxıf gedəjəh. Heç üş günə qalmıyajam.

Götürdü bu südü tamam divinə qədər çəhdi başına. Çobanın gedif fırranıf gəlməyi iki saat çəhdi. Ayə, bu baxdı ki, südü içif qu­tar­dıxcan bunun gözü-başı, dünya işıxlaşıf. Ağrı-ajı bunun bədə­nin­nən çəkilif. Bir saat, para saat, bu gördü əyə, vallah, bunun bədəni dir­çəldi. Çoban gəldi buna çatanda dedi:

– Çoban qardaş.

Dedi:

– Bəli.


Dedi:

– Səən qadan alım, bir xata eləmişəm, mənim günahım nədisə durmuşam.

Dedi:

– Ə, neynəmisən?



Dedi:

– Sənin o sağdığın südü işmişəm. İndi mən onun hakkını nəy-nən ödüyəjəm, nətər ödüyəjəm, onu mənə başa sal, onu ödüyüm.

Dedi:

– Ə, nə işin var, nağarırsan?



Dedi:

– Üş gün bekaram.

Dedi:

– Elə üş gün burda iki qardaş ikimiz də çobannıx eliyək, sən maa kömək elə, o südün əvəzi çıxsın.



Dedi:

– Mənim gözüm üsdə. Üş gün yox, lap beş gün eliyərəm.

Dedi:

– Hələ dayan.



Yekə qavlaması vardı, bu dəfə bunu gətdi, qoyunnardan sağ­dı, qəşəh doğrama elədi. Çörəyi həvgədən çıxartdı doğradı, ağaş qaşığı vardı, birini verdi buna, birini də özü götdü. Bu, yedihcə əməl­ləş­di. Üş gün bu, çobanın böyründə buna kömək elədi. Bu, elə bil anadan təzə doğulmuş şəxs oldu. Dedi:

– Çoban qardaş, maa icazə verirsən qayıdam uşaxların yanına?

Dedi:

– Hə, sən isdədiyin vaxt qayıda bilərsən. Buyur.



Bu düzəldi yola. Dedi: “Loğman, dayan gəlirəm. Əyə, sən mana üş gün vədə qoymuşdun, bəs niyə ölmədim ə”.

Gəlir dokqazdan girəndə Loğman genə başını qaldırdı ki, hə­mən adamdı gəlir. Dedi:

– Dayan. Sənin müalicən əlnən ölən adamın kəlləsinnən olan qaba iki il qısır qalıf doğmuş qara qoyunun südü sağılmalı idi. Yel­mar adında qara qərtməxli ilandı, daşdıxda yaşıyır. O ilanın zəhəri lazım idi, orda qarışeydi, onu sən içif ayıleydin. Mən hardan aley­dim ə, rəhmətdiyin oğlu.

Dedi:


– Hə, Loğmansan ki Loğmansan.

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin