Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,32 Mb.
səhifə144/197
tarix01.01.2022
ölçüsü2,32 Mb.
#103325
1   ...   140   141   142   143   144   145   146   147   ...   197
53. YAXŞILIĞA YAMANLIQ
Bir gün bir kişi xurcununa bir az taxıl yığıf dərmana gedirmiş. Dərmana gedəndə görür ki, kollux alışıf yanır, kolluğun içində bir dənə ilan yanır. Dik qalxıf quyruğunun üsdünə, çıxmağa yer yoxdu. Deyir Allah-tala bu kişinin qəlbinə xof salır. Kişi öz dənini boşaldır yerə, torbanı kəpənəh tutan tor kimi düzəldir belə, tutur. İlan hoppanıf girir torbaya. Çəkif gətirir. Torbanın ağzını açır ki, ilanı buraxa, çıxıf getsin. İlan qıvrılır kişinin boğazını tutur ki, de görüm, sənin harannan çalım. Deyir:

– Ay Allahın heyvanı, mən sənə yaxşılıx eliyif ölümnən qutarmışam. Sən məni niyə çalmalısan ki?

Deyir:

– Bilmirsən, siz insannarın arasında yaxşılığın axırı yaman-nıxdı.



Deyir:

– Əgər bu dediyini sübut eliyə bilsən, məni haramdan çalır­san, çal.

Deyir:

– Onu sübut eləmək lazım döylü, elə o sübut olunmuşdu. Gəl gedək kimdən deyirsən soruşax.



Belə gedəndə görür ki, bir dənə gamış ayannan bəri gəlir. Kişi də zahid oluf. Allahdan rica eliyif ki, bu gamışa imkan ver, fikrini bizə bildirsin. Deyir:

– Ay Allahın heyvanı, mən bu ilana yaxşılıx eləmişəm. Bu ilan odun içində yandığı yerdə odun içinnən çıxartmışam. Taxılımı, uşaxların çörəyini töküf yerə bunu çıxartmışam. İndi bu da deyir çalmalıyam səni. Sən bizə de görəh o, çalmalıdı?

Deyir:

– O səni gözünnən çalmalıdı.



Deyir:

– Niyə?


Deyir:

– Ona görə ki, mənim öz sahibimin qapısında on yeddi dənə balam var, hələ onnarın neçə balası var bilmirəm. Qocalmışam, sütdən kəsilmişəm. Məni buraxıfdı bu meşəyə ki, get kolluxda başı­nı saxla. İndi onnan gözü doymur. Gedif o gün qəssab gətirif. Gö­rürəm qəssab məni tutuf oramı-buramı qurdalıyır ki, görüm bunun nə qədər əti var, bunu da kəsif satım. Deyir, ona görə o ilan səni gözünnən çalmalıdı, – deyəndə kişi deyir:

– Ay Allahın heyvanı, çal da.

Deyir:


– Yox, üş nəfər demişih, üçünnən də soruşassan.

Gedillər, görüllər çay axır. Çayın üsdünnən körpü keçir. Deyir:

– Gəl bu çaydan soruşax.

Deyir:

– Soruşax.

Nəysə, kişi bir də Allahdan xayiş eliyir ki, Allahın hökmüynən çay bizə cavab versin. Çay deyir ki, o ilan səni çalmalıdı.

Deyir:


– Nəyə görə?

Deyir ki, ölünüzü mən təmizdiyirəm, dirinizi mən təmizdi-yirəm, bağınızı, bosdanızı, hamısını mən suvarıram. Palınızı-palta-rınızı, qabınızı-qaşığınızı, hamısını. Amma səhər-səhər gəlirsiniz əl-üzünüzü yuyanda üzümə tüpürüf gedirsiniz. Deyəndə kişi deyir:

– Düz deyir, çalmalıdı.

Kişi öz səyfini o saat başa düşür ha. Onnar dedihcə dirənir ki, ilan çal, düz deyir.

Bu səfər görüllər çayın o üzündə bir çinar ağacı var. İlan deyir:

– Gəl gedəh həm o sərində sərinnənəh, həm də çinardan soruşax.

Gəlillər çinarın divinə. Gənə də kişi xayiş eliyir. Çinar deyir ki, oy, oy, oy, o ilan səni bir yerinnən yox, hər yerinnən çalmalıdı.

Deyir:


– Əşi niyə? Səni bura insannar əkmiyif?

Deyir:


– Əkif ey, düzdü. Bir dəfə mən balaca çubux boyda olanda əkif­lər. Amma indi nə qədər ki, yaydı, qoyun da, quzu da, mal da, heyvan da, özünüz də gəlif mənim kölgəmdə dincəlirsiniz. Qışda bir az soyux olan kimi hərəniz bir balta götürüf, şakqaşak doğruyuf aparırsınız.

Kişi deyir:

– A ilan, onsuz da mənim əjəlim bura qədərmiş da, məni çal.

Belə deyəndə görür bir tülkü o yannan qaça-qaça gəlir. İlan deyir ki, inanmırsan, gəl bu tülküdən soruşax. Kişi deyir:

– Ə, bunnar belə dedisə, insan ömrü boyu tülkünün düşma­nıdı, tülkü çoxdan hə deyər.

Deyir:


– Yox, gəl bunnan soruşax.

İlanın uje əjəli gəlif ey. Üş-dörd dəfə çöyürənnən sora deyir:

– Yaxşı, soruşax.

Tülküdən ilan soruşur ki, mən bunu çalmalıyam, yoxsa yox. Tülkü deyir:

– Ə, gedin özünüzü ələ salın. Nətər o, torbanı belə tutdu, sən də hoppandın girdin o torbaya. Ağzına gələni danışırsan?

Deyir:


– İnanmırsan?

Deyir:


– Yox.

Deyir:


– Tut.

Kişi bir də torbanı tutur. İlan bir də hoppanır girir torbaya. Kişi torbanın ağzını aşmax isdiyir, tülkü deyir:

– Ə, namərd oğlu namərd, hara açırsan? Vur təpəsinə.

Kişi vuruf ilanı öldürəndə bir ovçu çıxır o yannan. Tülkü də ovçudan qaçır axı. Tülkü deyir:

– Paho, mən yaman yerdə ilişdim. O kopoğlu məni öldürəjəh.

Kişi deyir:

– Ə, gəl gir torbaya.

Girir torbaya. Kişi torbanı alır dalına. Ovçu da gəlir axı. Yolda qabaxlaşıllar. Deyir:

– A qardaş, burdan keçən tülkünü görmədin?

Deyir:


– Ölüsünü deyirsən, dirisini?

Yanı dirisi ölüsünnən baxadı dana. Öldürüf də satmır ey, diri­sini satır.




Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin