Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,32 Mb.
səhifə145/197
tarix01.01.2022
ölçüsü2,32 Mb.
#103325
1   ...   141   142   143   144   145   146   147   148   ...   197
VI

LДTİFДLДR
MOLLA NƏSRƏDDİN HAQQINDA
1. MOLLA VƏ EŞŞƏYİ
Bir gün molla arvadına deyir, baltanı da qoy çörəyimin ya­nına, gedim bir ayax odun qırıf gətirim. Molla gedir başını qoyuf ya­tan­da arvad bağlancağı bağlıyır, qatıxlı çömçə qalır burda. Ya­dın­nan çıxır baltanı qoymuyuf. Molla durur tezdənnən, namazın qı­lır, dəsdəmazını alır. Gəlir çörəyi götürəndə əlini atır çömçə gəlir əlinə. Elə bilir baltadı. Axı çömçə qatıxlıdı. Deyir:

– Halal olsun arvada, nətəri avxırrıyıfsa*, baltanın ağzı par-par parıldıyır.

Götürür ulağı qatır qavağına, gəlir meşəyə. Bir belə yekə ağaş bələtdiyir. Çömçəni alır əlinə. “Allah, Məhəmməd, ya Əli” – deyif bir balta vırır, ikisini vıranda çömçənin başı bir yana gedir, leşi bir yana. Düşür gəzir, gəzir, tapmır. Deyir:

– Həzrət Abbas, sənə bir çanax darı nəzir eliyirəm, mən bu baltanı tapım, burdan əliboş qayıtmıyım.

O vaxdı da çanax taxdadan qayırma ölçü qavıymış. Deyillər-miş, hər adam başına bir çanax, beş çanax taxıl yığsam, il başına çatajax. Heylə ölçü qavı imiş. Bu hərrənəndə çömçənin çaloşu gəlir əlinə. Götürür belə baxır, deyir:

– Ə, Həzrət Abbas, bir qoyardın baltamı tapeydim, bu çanağı böyrümdə nə tez çökəltmisən?

Durur kor-peşman qayıdır. Arvad deyir:

– A kişi, odun hanı?

Deyir:

– Ay arvad, bəs vallah, balta çıxdı, tapmadım. Həzrət Abbasa da bir çanax darı boşdu qaldım.



Arvad deyir:

– A kişi, Allah tifağı dağıtsın, çömçəni aparmısan balta əvəzinə. Qırılan çömçənin başıdı.

Aradan bir neçə gün keçir. Bir gün çörəh isdiyir. Arvad deyif çörəh yoxdu.

– Niyə yoxdu?

Deyir:

– Bəs yanacağ yoxdu bişirəm. Dur get bir az çırpı qır gətir, çörəh bişirim.



Molla naəlaş qalır durur. Molla da bir az tənbəl imiş. İndi naəlaj qalır, aj qalıf deyənə durur ulağı götürür gedir ki, bir az çır­pı gətirsin, arvad çörəh bişirsin, yesin. Biz yağtikan deyirih. El arasında sakqal odduyan da deyillər ona. Elə bir yanacaxdı ki, ipiş­kanı vu­ran­da elə bil benzindi, cız eliyif başa çıxır. Gedir bu yağti­kannan qəşəh iki tayça qayırır. Yühlüyür möhkəm eşşəyə. Hava da bərk soyuğmuş. Gələndə bu, yolda bərk üşüyür. Görür eşşəh də əsir. Deyir:

– Eşşəh qardaş, sən də üşüyürsən?

Eşşəh qulaxlarını tərpədir. Deyir:

– Hə, onda eşşəh qardaş, gəl tikanın birini odduyax qızışax, birini arvada aparsax bəsdi.

Eşşəh bir də qulağını çırpanda deyir:

– Hə, eşşəh qardaş, düz deyirsən.

Gətirir ipişkanı tayçanın birinə vuran təki pırr eliyir o biri tay da alışır. Eşşəyi od götürəndə eşşəh qaçır. Qavaxda da göl varımış. Daldan qışqırır:

– Eşşəh, özuu suya sal, eşşəh, özuu suya sal.

Eşşəh nə qanır özünü suya salmağı. Bu hay-huy eliyif gəlif çatınca eşşəh ölür, qalır dişdəri ağara. Gəlir deyir:

– Ə, dişdəri nə ağardırsan? Səə deyirəm özü suya sal. Özü suya salmırsan, dişdəri ağardırsan məə sarı?

Qayıdıf gəlir. Arvad deyir:

– A kişi, odun hanı, eşşəh hanı?

Deyib belə-belə. Arvad başına vurur. Deyir:

– Eşşəyi də öldürdün. Eşşəh nə qanır özünü suya salmağı.

Nəysə, çıxır bazara bir eşşəh də alır gətirir. Arvad deyir ki, a kişi, dur get bir tayça odun yığ gətir, savah çörəh bişirəjəm. Nehrə çalxalıyıram, ayran cürüdüf şor qayırajam, odun yoxdu.

Deyir:


– Onda arvad, mənə bir yağ yaxmacı veressən?

Deyif:


– Hə.

Durur bu eşşəyi götürür, gedir odunu qırır. Gətirəndə arada təpəçə varmış. Təpənin bu üzüynən dolayama yol gedirmiş, bu üzüynən də kəsə yol varmış. Deyir:

– Eşşəh qardaş, gəl sən bu yolnan get, mən bu yolnan. Görəh kim tez gedif yağ dürməci alajax.

Eşşəyi burda qoyuf, kəsə yolnan gəlir. Deyir:

– Arvad, tez yağmacı məə ver.

Deyir:


– Ay kişi, eşşəh hanı?

Deyir:


– Eşşəyi qoymuşam, gəlif çıxmıyıf hələ? Tez yaxmacı məə ver, mən uddum.

Yaxmacı alıf yeyir. Deyir:

– Ay kişi, eşşəyi qoydun gəldin, çakqal-canavar eşşəyi dağı­dajax.

Elə bu burdan gedən təki eşşəh özünü verir kola-kosa, burda da ac canavar çıxır eşşəyi parçalıyır yeyir. Eşşəyin bircə kəlləsi kolun dalınnan görünür. Gəlir, ora gəzir eşşəh, bura gəzir eşşəh. Gəlir görür kolun dalınnan eşşəyin başı görükür. Deyif:

– Ə, kolun dalında gizdənmisən, elə bilirsən görmüyəjəm? Yağ dürməcini mən aldım yedim. Gizdənmə, çıx bəri.

Gedif görür nə? Eşşəyi canavar dağıdıf yeyif, qalıf tək kəlləsi. Gəlir arvadına deyir. Arvad başına-döşünə döyür.

Bu deyir bir eşşəh də alım, tay keçif. Bir eşşəh alıf gətirir. Deyir:

– Arvad, bu günnən belə bu eşşəyi novatnan suvarıf otunu verəjeyih.

Arvad deyir:

– A kişi, işin yox, güjün yox, xalq mal saxlıyır, qoyun saxlıyır. Bir eşşəhdi. Mən çörəh bişirirəm, su gətirirəm, paltar yuyuram. Eşşəyi də novatnan eliyəh?

Deyir:

– Yox. Gəl qaradinməz olax. Kim sifdə danışsa, eşşəyin arpa-samanını o versin.



Bu, qaradinməz olur. Kişi oturur, nə yeyir, nə içir, nə danışır. Əlini qoyur qoynuna oturur bir bujaxda. Arvad gedir kənarda yeyir, içir, işiynən-güjüynən məşğuldu. Eşşəh də qalır tolada aj-susuz. Ar­vad gətirir çörəh qoyur qavağına, bunu yemir, su qoyur yanına, çıxır gedir. Gəlir görür ki, dilinə də vurmuyuf. Üş gün keçir, dörd gün keçir. Bu gedir qonşuya. Görür qonşunun arvadı əriştə bişirif. Deyir:

– Ay qonşu, bəs başıma belə iş gəlif. Kişi ajınnan-susunnan öləjəh. Mən burda oturum, uşax aparsın bu əriştəni versin mollaya, bəlkə molla içə. Mən olanda işmir.

Mənim Bəxdiyar nəvəm təki bir uşax varmış. Buna bir qav əriştə verillər ki, apar ver mollaya, işsin. Arvad çölə çıxan təki qırx lotular gəlir evə girir, görür molla dinməz-söyləməz oturuf. Bular girir evə, heş molla başını qalxızmıyıf. Deyillər:

– Ə, molla ölüf.

Mollanı nə qədər tərpədillər, molla tərpənmir. Deyillər otur­du­ğuna baxma, molla ölüf. Evdə-eşihdə nə var yığıllar, götürüf apa­randa görüllər molla dinmir. Molanın başında bir qiymətdi papağı varmış. Papağını da götürüllər, çıxıf gedillər.

Uşax ərişdəni gətirir:

– A molla əmi, ala iş, – deyəndə molla dinmir. Əliynən belə eliyir ki, arvada deynən ki, qırx lotular evi apardı, başımnan da papağı. Uşağ elə bilir deyir ki, omacı başıma tök. Qaynar əriştəni əndərir mollanın başına. Qavı qaytarır gətirir. Uşağa deyillər:

– Bala, nağardı, işdi?

Deyif:

– Yox, molla dedi tök başıma, mən də tökdüm başına.



Arvad qışqırır:

– Ay tifağı dağılan canım, kişinin başı yandı.

Çığıra-çığıra gələndə deyir:

– Ehey, sən dilləndin, get eşşəyi suvar.

– Ay kişi, ev-eşih hanı? Başın yanıfdı, hələ deyirsən eşşəyə su ver.

Deyif:


– Yox, ay arvad, sən dilləndin, sən suvarassan.

Durur, bunun başını-gözünü təmizdiyir, deyir:

– Ev-eşih hanı?

Deyir:


– Qırx lotular yığıf aparıf.

Deyir:


– Tifağın dağılsın, qaradinməzsən, barı gələnə kiş deyərdin də. Mən eşitmirdim axı.

Gedif görüllər eşşəh ajınan ölüf, dişdəri ağara qalıf.



Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin