Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,32 Mb.
səhifə148/197
tarix01.01.2022
ölçüsü2,32 Mb.
#103325
1   ...   144   145   146   147   148   149   150   151   ...   197
4. İNANMA
Mollanın pulu qurtarır, rəhmətdiyin*. Öz-özünə oturuf fikirrə-şirmiş ki, ə, gedif birinnən boynumu qatdıyıf borc isdəməhdənsə, qoy durum çatını götürüm gedim bazara. Bir Allah bəndəsi məni görüf deyəjəh hambaldı, bir şey yüklüyəjəh, aparajam. Gəlir belə çatı çiynində bazarın bir tərəfində durufmuş. Görüf ki, bir dənə tacirdi, ayaxdan-başa xoruz quyruğu çalır. Amma yekə bir sandığı var, san­dı­ğın yanında dingildiyir, oynuyur. Birdən bunun gözü molla­nı alır.

– Ə, bir bura gəl, bir bura gəl.

Yaxınnaşır.

– A bala, hambalsan?

Deyir:

– Bəli.


– Mənim bu sandığımı evə apararsan?

Deyir:


– Niyə aparmıram.

Molla yazıx heş yük görmüşdü ki. Qoltuğ altı deyirdik, belə aşırıf bağlıyırdıx. Sandığı yüklüyüllər mollanın dalına, bu qoltuğal-tıynan da bağlıyıllar. İndi molla ikiqat, bu tacir də çırtıx çala-çala bunun böyrünnən gedillər. Birdən tacir bunu dolamax fikrinə düşür. Deyir ki, ə, cavan oğlan, maa de görüm sana üş dənə qiymətdi söz örgədim, yoxsa pul verim. Molla da sözbaz imiş dana. Deyir: “Sö­zün qiyməti yoxdu. Bu, dünyanı gəzmiş adamdı, qoy bunnan söz örgənim. Ajdıx bir gün gedər, beş gün gedər. Bir yerdən tapıf qarnımı doyduraram”. Deyir ki, tacir ağa, elə söz de. Deyir:

– Saa kim desə ki, qatıx qaradı, inanma.

Molla deyir:

– Hə, evin yıxılsın, məni dolamağa çalışırsan?

Bir az getmiş deyir ki, tacir ağa, sözün o biri nolajax? Deyir:

– Ə, sənə kim desə ki, bir kilometr kənardan qışda, qarda şamın işığına qızınmağ olar, inanma.

Dedi:


– Hə.

Çatdılar buların dokqazına. Bu baxdı ki, bunun qırx mərtəbəli evi var, pilləkən göyün üzündədi. Tacir də buna dedi ki, düz o başdakı evə çıxassan. Dırmaşdılar, ortaya çata-çatda dedi:

– Tacir ağa, o üçüncünü demədin ey.

Tacir bir səy söz dedi. Baxdı ki, yox, bu daa həddini keşdi, dedi:

– Ə, tacir ağa.

Dedi:


– Bəli.

Dedi:


– Mənim belimdəki nədi? Yaman ağırdı.

Dedi:


– Ə, – indi xrustal deyirik, o vaxdı çini qav deyirdik, – Çinə getmişdim, Çindən gətirirəm, hamısı qiymətdi qavlardı.

Aşırmanı belə aşdı, pilləkən aşağı sandığı buraxdı. Sandıx danqıldaya-danqıldaya düşdü yerə. Dedi:

– Tacir ağa, saa da kim desə ki, onun içində bircəciyi salamat qaldı, heş sən də inanma.
5. HEÇ NƏ
Molla Nəsrəddin bir gün gedirmiş, özü də bərk yoruluf. Görüf bir atdı gedir. Deyif:

– Mənim bu çuxamı da özünnən aparsan, nolar?

Deyif:

– Yaxşı, mən sənin çuxanı apardım, orda kimə verəjəm?



Deyif:

– Özümə.

Deyif:

– Bə mən özüü hardan alajam?

Deyif:

– Elə özüm də çuxamın içində olajam.

Bunnan bu adam bilifdi ki, bu deyir yanı məni götür. Deyif:

– Yaxşı, mən səni apardım, onda sən maa nə verəssən?

Deyif:

– Heş nə.

Bu aparıf düşürüf. Savah ertə qayıdıf gəlif. Deyif ki, tez ol, heş nəyimi ver. Sən maa demişdin ki, heş nə verəjəm. Deyif:

– Yaxşı-yaxşı, otur aşağa. Odey, palazın altını qaldır, gör orda nə var.

Palazın altını qaldırıf deyif:

– Heş nə.

Deyif:

– Heş nəyini götür, get.



Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin