Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,32 Mb.
səhifə150/197
tarix01.01.2022
ölçüsü2,32 Mb.
#103325
1   ...   146   147   148   149   150   151   152   153   ...   197
BƏHLUL DANƏNDƏ HAQQINDA
7. EŞŞƏK, SƏNƏ DEYİRƏM, QONAQ, SƏN EŞİT
Bəhlulun bir qonağı olur. Padşah da oğluna toy eliyirmiş. Bəh­lula təhlifçi göndərir. Bəhlulun da qonağı var axı. Təhlifçiyə deyir ki, get padşaha denən ki, Bəlul deyir mənim qonağım da var, icazə verirsə gətirim. Təhlifçi gedif deyir. Deyir:

– Qonağını da gətirsin, nolar, toydu dana.

Gəlif deyir ki, qonağını da gətirsin.

Bəzi adam yansığ* olur. Görürsən pulunu, varını, evində ola­nını yoldaşına danışır. Bəhlul buna dedi:

– Ə, dosd, toya gedirih. Sənnən bir söz soruşmasalar deməy-nən ki, mənim bu şeyim var, o şeyim var. Bax, sana tapşırıram ha.

Bu da dedi:

– Nə dərdimə qalıf, yaxşı.

Getdilər otdular. Bəhlulnan ikisi bir oturmuşdu. Hər şeyi qoy­muş­dular, qarpızı da qoymuşdular. Padşah da ortaynan gedif gəzir­di, gəlirdi. Toy idi. Bunnar tərəfə pıçax qoymamışdılar ki, qarpızı kəsif ye­yələr. Yaddan çıxmışdı. Biri dedi ki, kimin bıçağı var, bu qar­pızdan kəsif yeyəh. Deyən kimi bu qonağın qızıldan bir pıçağı vardı, civin­nən çıxartdı. Ağzını aşdı, vurdu qarpızın üsdünə. Padşah da gör­dü bu pıçağı. Gəzirdi də ortaynan. Gördü bir qızıl pıçağdı, vuruflar qarpızın üsdünə. Götdülər qarpızı, kəsdilər yedilər. Vəziri çağırdı, dedi:

– Vəzir, gözdə gör o pıçağı kim civinə qoysa, onu gətir mənim yanıma.

Vəzir gözdədi, gözdədi, gözdədi, yedilər qutardılar. Pıçağı qonağ götdü, qatdadı qoydu civinə. Durdular, çıxanda vəzir bunu yedəhlədi ki, səni padşah çağırır.

– Ə qardaş, padşah məni neynir?

Dedi:

– Nə bilim, gedəh görək.



Bəhlul dedi:

– Ayə vəzir, o mənim qonağımdı. O beyjə bizdə qalajağ, savah yola salajam. Neynir padşah onu?

Dedi:

– Valah, nə bilim.



Dedi:

– Onda mən də gedim da, mənim qonağımdı.

Dedi:

– Gə gedək.



Getdilər. Padşah gördü Bəhlul da bunnan gəlir. Bilirdi Bəhlul yaxşı söz deyə bilir. Dedi ki, a qardaş, o pıçağ mənim xəzinəmdə idi. Mənim xəzinəmdən o pıçağı oğurruyuflar, pıçağnan da barabar bir meşoğ qızılımı aparıflar. Sən aparmısan bunu, pıçağ səndədi. Bu nə qədər and içir. Nolajaydı. Vəzirə deyir:

– Apar sal onu zirzəmiyə.

Belə deyəndə Bəhlul deyir ki, şah sağ olsun, o mənim qona­ğımdı. Bu axşam o bizdə yatajağ. Savah onu yola salajam. Mən yola salannan sora gələr bura, neyniyərsən, eliyərsən, amma indi mənim qonağımdı axı.

Dedi:


– Bəhlul, mən səni elə döyül tanımıyam. Sən onu aparessən, nəsə bir şey örgədessən. Ona görə qoymuram gedə.

Dedi:


– Heş-zad örgətmiyəjəm.

Nəysə, icazə verdi, qonağı götdü gəldi. Pıçağ da ordadı. Gəldilər otdular, yedilər yatışdılar. Savah duruf bunu yola salanda qarğı atı vardı, atı mindi, gedillər ikisi də. Qarğıya deyir öz-özünə:

– Ay qarğı, saa demədim ki, sənnən xəbər almasalar demə belədi. Sənnən kim xəbər aldı ki, pıçağın varmı, çıxart. Özbaşına niyə çıxartdın? İndi padşah onun üsdündə səni dara çəkəjəh. Get, padşah desə pıçağı hardan almışdın, denən ki, bu pıçağnan mənim atamı öldürüf bunu da vurmuşdular onun sinəsinə. İndi bunu məc­lis­lərdə çıxardıram ki, görüm kim ona yiyə çıxır? İndi padşah sağ olsun, pıçağ sənindisə, mənim atamı sən öldürmüsən.

Padşah bilir ki, bunu Bəhlul örgədif.

– Ə vəzir, nə əngələ keşdih? Nətər olajağ bunun axırı? Get pıçağı da ver özünə, onu bir dilnən yola sal, çıxsın getsin. Xata biz­dən uzağ olsun.

Gör ey. Sözü gərəh tapıf deyə biləsən ey.



Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin