14. BƏHLULUN BAZARKOMLUĞU
Bir gün Harun Rəşidə deyillər sənin qardaşın çox açıx-saçıx danışır. Allahın elə sirlər var demirsən ki, qan düşər, amma o açıf deyir axı. Deyir:
– Yaxşı.
Harun Rəşitdən böyüh idi Bəhlul Danəndə. Gəlif dedi ki, qardaş. Dedi:
– Nədi?
Dedi:
– Bura gəl.
Dedi ki, səni bu şəhərin bazarına bazarkom qoyajam, gedərsənmi?
Deyir:
– Yox, yox, yox.
Deyir:
– Ə, sən öl, getsən də göndərəjəm, getməsən də. Səni ora bazarkom qoyuram.
Fikirrəşir. Bu padşahdı dana. Hökm elədi, elədi dana. Deyir:
– Qardaş, nə deyirəm.
Sabah durdu getdi bazara. Getdi gördü ki, bir qəssab ət kəsib satır. Amma tərəzidə birinnən yüz qıram, birinnən əlli qıram, çəkiyə baxır, kəsir. Öz-özünə fikirrəşir ki, axşam, sən öl, sənin tifağını dağıdajam. Öz-özünə oturmuşdu. Görür orda, üzdən irağ, bir it var. Deyir:
– Qəssab.
Deyir:
– Nədi?
Deyir:
– Ət satırsan, camaat da burdan ət alır. Bu it nə gəzir burda? Olmaz axı belə.
Deyir:
– Vallah, mən o qədər üzü yumuşağ adamam ki, o itin burdan getməyinə təpinə bilmirəm. Elə qır-qurtuxdan tulluyuram, yeyir.
Dedi:
– Ola bilər haramxorrux eləsin.
Deyir:
– Yox, yox, yox. O eləməz.
Bunnan belə danışannan sora Bəhlul söykənir ora, tamaşa eliyir. Qəssab getdi putkanın dalına pəşo eləməyə. O gəlincə it ətdən götdü qaşdı. Bəhlulun əlinə girəvə keşdi dana. Dedi:
– Ay qardaş, bayax mən sənnən xayiş elədim, bu iti burdan genəlt, sən də genəltmədin. Sən getdin burdan, o da ətin birini götdü qaşdı.
Deyir:
– Qaşsın da. Bilirsən nə var?
Deyir:
– Nədi?
Deyir:
– O əti götürüf qaşmadı ey, öz ayağını götürüf qaşdı.
Dedi:
– Axı əti apardı.
Dedi:
– Yox, haramxorrux elədi. Da onu bura qoyarammı mən, nə olur olsun qoymaram.
Axşam getdi evə. Qardaşı dedi:
– Nətər keşdi?
Dedi:
– Vallah, gəlmişəm ki, mən o bazarda işdiyə bilmirəm.
Dedi:
– Niyə?
Dedi:
– Bazarı mən tənzimliyə bilmirəm.
Dedi:
– Mən səni bazarı tənzimləməyə qoymamışam. Bazarı tənzimliyən yuxarıdadı. O (qəssab – top.) camaatdan yüz qıram, əlli qıram kəsir, amma it bir kilonu götdü getdi.
Dostları ilə paylaş: |