LOĞMAN HAQQINDA
21. ÖZLƏRİ ÖZ DƏRMANINI BİLİRLƏR
Bir gün Loğman yolnan gedəndə görür ki, bir neçə çoban dağa təzə çıxıflar. – Cujux deyirih, dağlarda bitir. Onu yeyəndə zəhərrənmə verir. Heyvan da onu çox yeyəndə görürdün zəhərrənir. Deyirdilər filankəsin malı cojuğa düşdü, öldü. Yaxşı tamlı bitkidi, amma tez zəhərrənmə verəndi. – Gedəndə görür ki, dağın başında çoban-çolux yığılıfdılar, bu cojuxdan yeyillər. Deyir:
– Hə, yeyin, yeyin. Mən gedif qayıdınca hamıız zəhərrə-nərsuz, mən də yaxşı dərman hazırrıyıf verərəm, yaxşı pul yığaram.
Qayıdıf gələndə görür ki, bular vallah, qoyunu dəyirmiliyif hərəsinin əlində bir baydaça. Qara qoyunu tutuf ordan sağıllar, köpühlü-köpühlü südünü içillər. Deyir:
– Ay zalım uşağı, dərdizin dərmanın bilirmişsuz. – Demək, onun zəhərini bu süd öldürdü getdi. Qara qoyunun südü zəhərrən-mənin dərmanıdı. – Da sizə həkim-loğman lazım deyil. Sizin loğmanız elə özüzsüz.
Bir gün də gedirmiş. Görür ki, beş-on nəfər adam oturuf yulğunnan tonqal qalıyıf, özdərini yulğunun tüsdüsünə verir. Deyir:
– Hə, mən gedirəm, gəlincə yulğunun zəhərri tüsdüsü buların hamısının gözünü ağrıdajax, bular düşəjəh göz xəsdəliyinə. Gələjəhlər yanıma gözünə dərmana. Mən də yaxşı puldan qırıf bulara dərman verəjəm.
Gedir, qayıdanda görür həmən adamlar malın təzəyinnən beləjə dəyirmiliyif qalıyıf oturuflar. Deyir:
– Hə, demək dərdizin dərmanını özüz bilirmişsuz. Bu mal dağlarda otduyur, yüz cür çiçəh yeyir. Hər çiçəhdən bir vitamin keçir buların təzəyinə. Buların təzəyinin tüsdüsü gözə dərmandı.
Dostları ilə paylaş: |