42. MƏN BİRİNİ GÖSTƏRMİŞDİM
Biri arvadını sınamax isdiyirmiş ki, görüm arvad xəbər yayandı, yoxsa yox. Səhər durur deyir ki, arvad, səhər durmuşam görmüşəm yerimdə saxsağan var, beyjə saxsağan doğmuşam. Bax, heş kimə demə ha.
Deyir:
– Əşi, heylə şey olmaz.
Deyir:
– Dədəmin goru haqqı, budaha bax. Saxsağan da budu.
Bir saxsağan balası tutuf gətirmişmiş. Nəysə, səhər arvad özünü saxlıya bilmir. Ora fırranır, bura fırranır. Qonşunu çağırır, deyir:
– Kişi, beyjə bir saxsağan doğuf.
– Aaz, Allahın olsun, kişi doğmaz.
Deyif:
– Vallah, saxsağan doğuf, yalan döylü a.
Bu ona, o buna, bu ona, o buna. Nəysə, xəbər çatır şaha. Şah deyir:
– Filankəsi bura çağırın gətirin.
Gətirillər. Deyir:
– Ə, bura gəl görüm, bu nətər hak-hesabdı. Deyillər ki, sən qırx bir saxsağan doğmusan.
Deyif:
– Şah, elə saa qırx bir çatdı?
Deyif ki, maa qırx çatmışdı, birin də mən qoydum böyrünə.
Deyir:
– Vallah, mən arvada birini gösdərmişdim, arvadı sınıyırdım. İndi sana gəlif qırxı çatıf.
Dostları ilə paylaş: |