51. AYAQ ÜSDƏ GETMİŞDİM
Dovşannan aslan gedirmiş avtobusnan. Aslan oturufmuş, dooşan ayax üsdə imiş. Dooşan deyif ki, aslan, dur mən oturum. Aslan deyir ki, heylə şey yoxdu. Sən kimsən ki? Mən aslanam, sən dooşan.
Deyif:
– Dur oturum, yoxsa dünənki kimi olajax.
Aslan deyir:
– Lənət şeytana, bu, dünən nağarıf?
Üş dəfə deyif dur oturum, durmasan dünənki kimi olajax. Aslan qorxuf duruf. Dooşan oturuf. Aslan deyif:
– Dooşan, mən durdum dana. Dünən nətər olmuşdu, kimə nağarmışdın?
Deyir:
– Ə, heş nə ey, ayağ üsdə getmişdim.
VII
ATALAR SЦZÖ VД MДSДLLДR
A
Abadan ev kalafasınnan (yaxud: küllüyünnən) məlumdu.
Adam var eldən gedir,
Adam var evdən gedir.
Adam var ki, gündə görməh səfadı,
Adam var ki, ildə görmək cəfadı.
Ağa məni aldı, öpməyi qaldı.
Ağacı düşmənin kimi buda, dostun kimi bəslə.
Axşam bir dolça suynan yuyulan, səhər bir səhəng suynan yuyulmaz.
Alıdan da qoçax var, Abışdan da qoçax var.
Anam bijdi kündədən kəsir, atam bijdi iki-iki yeyir.
Arvad eldən gələr.
At öz ayağının düşmanıdı.
B
Bir tikəni bilmiyəm, min tikəni bilməz.
Bulud altınnan çıxan gün, dodax altınnan çıxan söz adamı yandırar.
Dostları ilə paylaş: |