Kirvə kirvənin damının üsdünə çıxmır ki, kirvənin üsdünə torpax tökülər.
Kış eləməynən donuz darıdan çıxmaz.
Küldən təpə, ağaşdan təndir, keçidən döylət, gedədən ağa olmaz.
Külü küllükdən götür.
M Mərd deyər: “Allah verdi”. Namərd deyər: “Özüm tapmışam”.
Ö Öküz əyməsə, daş qərifçiliyə düşməz. (Burdan el dağa gedəndə farmaşı, yükü – hamısını yüklüyüllər, sijimnən də bağlıyırmışdar. Yolda gedəndə birdən elə olur ki, yük əyilir. Təzdənnən yükü aşmax çətin imiş da. On kilo-on beş kilolux daşı götürüf bu biri üzə qoyurmuşdar ki, tarazdığ yaransın. Deməli, gedillərmiş dağa. Dağda yükü açanda o daşı tulluyullarmış da. O daş o daşdarın içində qərif görünürdü. Orda deyirdilər ki, ey dünya, öküz əyməsəydi, bu daş da qərifçiliyə düşməzdi).
Qırx eşşəyi sağına gəlif (Qarabağda belə bir misal var. Biri lovğalananda, özünnən razı olanda deyillər: “Buna bax ey, özünü elə aparır, elə bil qırx eşşəyi sağına gəlif”. Bu məsəl belə yaranıf. Andranikin qulağını kəsən Soltan bəyin dağda ferması vardı. Hər gün mal sağılan vaxdı qırx dənə eşşəh tuluğnan gedirmiş südü gətirməyə. Çıxırmış dağa, qırx eşşəyin yükünü yüklüyüf qayıdırmış. Varlılığ əlaməti kimi bu misalı çəkillər).
Qızı çoxotaxlıya yox, başıpapaxlıya verəllər.
Qonax getmiyən ev xarabadı.
Quş gəlif kətəyinə qısılıf.
S “Salam məlöyküm” salam isdəmir.
Saybalı yasa gedir. (Saybalı* camaatı yasa gedəndə asda-asda gedir. Ona görə konulsuz bir yerə gedən olanda deyillər: “Ə, saybalı yasa gedir? Bir az tez ol da”).