Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,32 Mb.
səhifə187/197
tarix01.01.2022
ölçüsü2,32 Mb.
#103325
1   ...   183   184   185   186   187   188   189   190   ...   197
VIII

BAYATILAR


1. Aşıx elə yaxşıdı,

Kəmər belə yaxşıdı.

İlahidən gəlmiş işdi,

Bəlkə belə yaxşıdı.


2. Mən aşıx, o gün eylər

O güney, o quzeylər.

Öz vətənimiznən, elimiznən

Havaxt görüşsəh

Bayramın o gün eylər.

= Əzizim, o güneylər,

O quzeylər, o güneylər.

Dosd dosnan görüşəndə

Bayramın o gün eylər.
3. Əsgəran vay, qalam vay

Əsəgəranda qalan vay.

Basılıfdı dünyamız,

Alınıfdı qalam, vay.


4. Dağdan aşıf gələnin,

Qanı coşuf gələnin.

Xoş halına o kəsdərin

Öz elində ölənin,

Öz torpağında ölənin.
5. Əzizinəm, yüz qandı,

Əlli qandı, yüz qandı.

Kəbə yıxmax bir evdi

Könül yıxmax yüz qandı.

6. Mən aşıx, qızaranda,

Dan üzü qızaranda.

Qalsa oğlannar qalsın,

Qalmasın qız aranda.


7. Dünya sənnən kim keşdi?

Kim qərq oldu, kim keşdi?

Gözəl-gözəl yerrərimizdən

Vaxt gəldi, gör kim keşdi?


8. Yağaram yağış kimi,

Bitərəm qamış kimi.

Səni konlüm isdiyir

Təzə çıxmış yemiş kimi.


9. Mən aşıx, baxdı kəm,

Talehi kəm, baxdı kəm.

Mən fələyə neynədim,

Fələh mana baxdı kəm?


10. Qardaş gəlsə, yaxşı olar,

Bajı görsə, yaxşı olar.

Qardaşın qapısında

Bajılar ölsə, yaxşı olar.


11. Qardaşım birdi mənim,

Gözümə nurdu mənim.

Yada qardaş demərəm,

Talehim kürdü mənim.


12. Gəl gedəh dağa, qardaş,

Qar yağa-yağa, qardaş.

Sən duman ol, mən çiskin,

Çəkiləh dağa, qardaş.


13. Bilmədim yaz olduğun,

Güllərin pərvaz olduğun.

Nə sən bildin, nə mən bildim

Ömrümün belə az olduğun.


14. Mən aşıx, su deyin ağlar,

Sünbül “su” deyin ağlar.

Dəryada bir gül bitif

O da su deyin ağlar.


15. Ağlaram ağlar kimi,

Dərdim var dağlar kimi.

Bir elə dərdim var

Virana bağlar kimi.


16. Mən aşıx, ha səni,

Hax saxlasın ha səni.

Xəsdənin gonlu nar isdər,

Mənim gonlum, a qardaş,

a bajı, ha səni.
17. Bajılar bajısıyam,

Şirinnərin ajısıyam.

Hər kəsin qardaşı, bajısı yoxsa,

Mən onun bajısıyam.

= Analar anasıyam,

Bajılar bajısıyam.

Kimin bajısı ölüf

Mən onun bajısıyam.


18. Mən aşıx, binə qaldı,

Binə nə günə qaldı?

Sənnən mənim görüşməyim

O dünyaya qaldı.

= El getdi, binə qaldı,

Məhəmmət dinə qaldı.

Sənnən mənim görüşməyim

Qiyamət günə qaldı.


19. Qızıl gül haça bəntdi,

Sana gör, neçə bəntdi?

Fələh üsdümə düşən dərdən

Çəhsin, görsün necə dərtdi.


20. Qızıl gül oyum-oyum,

Dərim qoynuma qoyum.

Yağış yağar yer doymaz,

Mən sənnən necə doyum.


21. Mən aşıx, bala dağı,

Bürüyüf lala dağı.

Hər yaralar sağalsa da,

Heş sağalmaz bala dağı.


22. Gözdərinə ay demərəm,

Kipriyinə yay demərəm.

Qardaş, sən ölsən,

Dilim quruyar, “vay” demərəm.


23. Mən aşıx, balabanı,

Asda çal balabanı.

Gedən hamısı gəldi, ay bala,

Bəs mənim balam hanı?


24. Bakıdan bir meh əsdi,

Ürəyim tel-tel əsdi.

Ay qardaş, sağ gözüm

saa qurvan,

Sol gözüm özümə bəsdi.
25. Dağlar, otun qurusun,

Bağlar, tutun qurusun.

Sən ki belə iş gördün,

Sənin də mənim kimi matın-qutun qurusun.


26. Bağında şirin nə var?

Yeməyə şirin nə var?

Dünya namərdə dönsə,

Görəm atadan, anadan şirin nə var?


27. Mən aşıx, illər ayrısı,

İllər, günnər ayrısı.

Fələh bir iş işdədi

Düşdüh illər ayrısı.

= Salıb bizi ellər ayrısı.
28. Arxa su düşdü, neynim,

Axdı, su düşdü, neynim.

Aləmə pay paylandı,

Bizə də bu düşdü, neynim?


29. Belə ağlamax olmaz,

Gülə bel bağlamax olmaz.

Tüləh tərlan əvəzinə

Cürə bağlamax olmaz.


30. Yaralandım yanımnan,

Quşdar doymaz qanımnan.

Elə bir bir dərdə düşdüm,

Bezar oldum canımnan.


31. Azreyil astarçıdı,

Qızılgül bosdançıdı.

Dəymiş qoyur, kal kəsir,

Gör, nə gavur bosdançıdı.


32. Məni üjə saldılar,

Üjdən üjə saldılar.

Mən sənnən doymazdım,

Sənnən ayrılmazdım,

Məni güjə saldılar.
33. Su üzündə qalmışam,

Su gedifdi, qalmışam.

= Aya belə baxmışam,

Günə belə baxmışam.

Fələh bir iş işdiyif,

Özüm də mat qalmışam.


34. Gələn bulağa gəlsin,

Çaya, bulağa gəlsin.

Gəlsin anan ağlasın,

Səsi qulağa gəlsin.


35. Ağlama dərtdi, ağlama.

Hava sərtdi, ağlama.

Dərtdilər bağrı yararsan,

Çox da dərtdi ağlama.

36. Aşığam, bu vətəndə,

Gözüm yoldan ötəndə.

Qəriblih yaman olar,

Baş yasdığa yetəndə.


37. Mən aşıx, xuda səni

Saxlıyeydi xuda səni.

Eşkarada görə bilmirəm səni,

Göreydim barı yuxuda səni.


38. Burdan bir maya getdi,

Sallandı çaya getdi.

Çox zəhmət çəkdim,

Əməyim zaya getdi.


39. Bu dağlar, qoşa dağlar,

Verif baş-başa dağlar.

Nə gələn var, nə gedən

Dönüf daşa dağlar.


40. Dərdimin əllisinnən,

Yüzünnən, əllisinnən.

Bu dərdə çara yoxdu,

Soruşmuşam əllisinnən.


41. Aşıx dərdə nə bağlar,

Zülfün gərdana bağlar.

Gedəh dərtdi yanına,

Görəh dərdə nə bağlar?


42. Mən aşığam dağlara,

Duman gəlsə dağlara.

Yüz qoyun qurbanım var,

Elim getsə dağlara.

43*. Dəsmalı tikən ölsün,

Qırağın bükən ölsün.

Mən sənə göz dikmişəm,

Başqa göz dikən ölsün.


44. Qızıl üzük füruzə,

Gedin deyin xoruza,

Bu gecə bannamasın,

Yar gələjəhdi bizə.


45. Yeri, daldadan yeri,

Ləbi bal dadan, yeri.

Dodaxları xam şəkər,

Dili bal dadan, yeri.


46. Maşın gəlir Batumnan,

Tunel keçir altınnan.

Maşında bir qız sevdim,

Adım çıxdı yadımnan.


47. Arxalıx abı gərəh,

Yar-yarın babı gərəh.

Yarı çirkin olanın

Dərya qədər tabı gərəh.


48. Qaranquşam, qalxaram,

Qənətdərim çalxaram.

Desələr yarın gəlif,

Xəsdə olsam qalxaram.


49. Qərənfiləm, qərəlsiz,

Qərəlim yoxdu sənsiz.

Yerinə oddar dolsun,

Nejə yatırsan mənsiz?


50. Aynanın dalı qara,

Söykənmişəm divara.

Söz verdin, geri durdun

Beilqar, üzüqara.


51. Ana gəl, gərəyimsən,

Hürümsən, mələyimsən.

Səni könlümüz isdiyir,

Həmi də gərəyimsən.


52. Anam-anam öz anam,

Qoynu dolu köz anam.

Yad ağlarsa yalan ağlar,

Qoy ağlasın öz anam.

= Sənə bir dağ vurmuşam,

Qiyamata döz, anam.


53. Gün çıxdı, dağa düşdü,

Şögəsi bağa düşdü.

Sənin bu müşgül işin

Nə yaman çağa düşdü.


54. Bir quş gələr Ağdaşdan,

Xəbər verər qardaşdan.

Qardaş bacıdan doysa,

=Yağış yağar yer doyar,

Bacı doymaz qardaşdan.

55. Bu yerdə badam olmaz,

Əksələr, badam olmaz.

Qardaşın özü gərəh

Şəkildən adam olmaz.
56. Dəryada balıx yan gedər,

Aşma yaram, qan gedər.

Həkim ona neynəsin?

Əjəl gəlib, can gedər.


57. Gəldi, haradan gəldi?

Göydən, qaradan gəldi.

Oturmuşdux şad ikən,

Bu sel haradan gəldi?


58. Gəlifdi yaralılar,

Göylülər, qaralılar.

Ağlasın dərtdi olannar,

Dinşəsin yaralılar.


59. Ağcabədi duz dağı,

Ceyran gəzər düz dağı.

Qıya baxdın, yan keşdin

Çəhdin mənə düz dağı.


60. Mən aşıx, Ağcabədi,

Ağ nədi, ağca nədi?

Yolunda baş verərəm,

Pul nədi, axça nədi?


61. Vurufdu talxa məni,

Göstərmə xalxa məni.

Getməz gözüm (= ağzımın) ajısı,

Min gölə (=yüz gölə) çalxa məni.


62. Dərdim ojax-ojaxdı,

Halım nejə olajaxdı?

Bala itirən analar

Yanıf kül olajaxdı.


63. Ləzgidən qoşun keşdi,

Bilmədim neyçün keşdi.

Ellərdən təkcə-təkcə,

Bizzən bir qoşun keşdi.


64. Qırmızı bitər gördüm,

Yan verib ötər gördüm.

Dirinin diri dərdin

Ölüdən betər gördüm.


65. Bağdatda xurmalıxlar,

= O tayda qarğılıxlar,

Suda oynar balıxlar.

Nə belə istəy olsun,

Nə belə ayrılıxlar.
66. Şüşədən başmax olmaz,

Geyinsən qaşmağ olmaz.

Hər iş Allah işidi,

Qəzadan qaşmağ olmaz.


67. Köynəyin ağa dönsün,

Yuduxca ağa dönsün.

Gəl qapıdan gir, ana,

Ürəyim dağa dönsün.


68. Ağlıyan başdan ağlar,

Kiprihdən, qaşdan ağlar.

Bala itirən ana

Durar o başdan ağlar.

69. Aşığam aşıxlara,

Zülfü dolaşıxlara.

Əlimə bir saz allam

Qoşullam aşıxlara.


70. Mən aşığam, dil azar.

Bülbül azar, dil azar.

Cavan övlad itirənin

Ağlı çaşar, dili azar.


71. Hay-hayına düşdüm mən,

Qəm çayına düşdüm mən.

Əzrayıl ova çıxdı,

İlk payına düşdüm mən.


72. Mən bir ana isdərəm,

Yana-yan isdərəm.

Sirri-sözümü deməyə

Xəlvətxana isdərəm.


73. Köynəyin ağ saxlaram,

Yuyaram, ağ saxlaram.

Bir də əlimə düşsən,

Yüz il qonax saxlaram.


74. Ay layla, belə layla,

İlləllah belə layla.

Heş bəndələr çalmasın,

Biz çaldıx belə layla.


75. Göynən gedən sonalar,

Bir-birinə yan alar.

Tamam bir yana dursun,

Oğlu ölən analar.

76. Bağımda var boyana,

Bağın yolu hayana.

Hərə bir layla desin

Bəlkə yatıb, oyana.


77. Bajı, bajım deyilsən,

Başda tajım deyilsən.

Xəsdəmi durquzmadın,

Daha bajım deyilsən.


78. Gülü əkdim dübarə,

Bülbül gülü süvarə.

Yayı sənlə yayladım,

Qışı qaldım avarə.


79. Mən aşığam qansıza,

Yolsuza, ərkansıza.

Tanrı heş kimin işin

Salmasın vijdansıza.


80. Qardaşdar mənim mələyim,

Yaxamda düyməliyim.

Köçəndə köçüm qardaş

Düşəndə kölgəliyim.


81. Səni görən ağlasın,

Zülfün hörən ağlasın.

İndi görən tanımaz,

Əzəl görən ağlasın.


82. Göydə qar havası var,

Yağış, qar havası var.

Anaynan balanın

Ayrılıx davası var.


83. Göynən gedən daşa bax,

Qanadında daşa bax.

Hamıya yaz gələndə

Bizə gələn qışa bax.


84. Bu dərə balıxlıdı,

Öküzlər alıxlıdı*.

Mən o oğlana getmərəm,

Ayağı çarıxlıdı.


85. Mən aşıx, ulduzunnan

Ayınnan, ulduzunnan.

Dərd çəkməhdən keçərəm

İynənin ulduzunnan.


86. Gedərəm, oturmaram,

Bu cəbri götürmərəm.

Versələr dünya malın,

Sənnən əl götürmərəm.


87. Barmaxcılım laxladı,

Verdim anam saxladı.

Anama qurvan olum,

Yarımı qonax saxladı.


88. Yeri çiskinim, yeri,

Duman-çiskinim, yeri.

Yaxşı günüm qutardı,

Bu da pis günüm, yeri.

89. Bajın da mən olaydım,

Anan da mən olaydım.

Əzrayıl haxlayanda

Yanında mən olaydım.


90. Bülbülüncə, gülüncə,

Bülbül oxur, gül incə.

Sənə bir layla deyim

Öz ananın dilincə.


91. Bülbülüm lalə olufdu,

Gülüm xəndan olufdu.

Hər səhər ötən bülbül

Bu səhər lal olufdu.


92. Apar bazara məni,

Saldın azara məni.

Aç belinin qurşağın,

Salla məzara məni.


93. Köynəyin müjə-müjə,

Geymişəm müjə-müjə.

On iki şam yandıraram

Sən bizə gələn gejə.


94. Axşamın şöynüsünə*,

Şeh düşüf şöynüsünə.

Yandırram gözün yağın,

Sən gəlsən şöynüşünə.


95. Atasızam atasız,

Heş gül olmaz xatasız.

Biz fələyə neylədik,

Bizi qoydu atasız.

96. Əzizim, ana yeri,

Atdan düş, ana yeri.

Yüz vəfalı yar olsa,

Heş verməz ana yeri.


97. Əzizim, qazan ağlar,

Od yanar, qazan ağlar.

Qəriflihdə ölənin

Qəbrini qazan ağlar


98. Qardaşıma qoş qurban,

Qoş qurban, quzu qurban.

Qardaşımın bir telinə

Namərdin yüzü qurban.


99. Əzizinəm, arxasızdı,

Su gəldi arxa sızdı.

Təpə gördüm arxalıdı,

Dağ gördüm arxasızdı.


100. Əzizinəm, dərd əhmişih,

Budaxdan dər dəymişi.

Özüm dərd əhliyəm,

Bilirəm dərd əhmişih.


101. Mən öldüm ağlamaxdan,

Qara-göy bağlamaxdan.



Toysuz bala, qəfil qadalı bala*,

Bağda xəzəl qalmadı,

Yarama bağlamaxdan.
102. Göynən gedən qu məni,

Çağırıf neynir bu məni.

Əl dəsmalın kəfənim,

Göz yaşuynan yu məni.


103. Dağda duman belə gəl,

Qaşda kaman belə gəl.

Azreyil ova çıxıf, ay balam,

Səni vurar, belə gəl.


104. Açıx qoy pencərəni,

Gözüm görsün gələni.

Yarıf haraya qoyallar, ay fələh,

Bu dərdinən öləni.


105. Avçılar av tutmasın,

Avlasın av tutmasın.

Səni vuran ovçunun

Qolları yay tutmasın.


106. Qardaş gəlsə, yaxşı olar,

Bajı görsə, yaxşı olar.

Bajılar ölümün isdəmir,

Qardaş gəlsə yaxşı olar.


107. Canımnan, cəsədimnən,

Bir qətrə kəs ətimnən.

Kəssələr gənə də doymaram

Vətənin həsrətinnən.


108. Əziziyəm dağda nə var?

El köçüfdü, dağda nə var?

Dəli Məcnun bir belə ah eliyif

Leylisiz dağda nə var?


109. Əziziyəm, mənnən al,

Mənnən isdə, mənnən al.

Bəndə müvəqqəti şeydi,

Mətləbii xudadan al.





Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin