Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,32 Mb.
səhifə192/197
tarix01.01.2022
ölçüsü2,32 Mb.
#103325
1   ...   189   190   191   192   193   194   195   196   197
BAŞA-BAŞ
Dosd odu ku öz dosdunnan dosd ola,

Düşməninnən düşmən ola başa-baş.

Mən aşığam başa-baş,

Oxu dərsin başa-baş.

Bədəsildən qaş qutar,

Ayax götür başa-baş.

Can deyənə, can denən mərdana,

Baş qoyanın qoy yolunda başa-baş.


Mərd iyitdər dünyada kimsə qaladı,

Hərcayılar cismim oda qaladı.

Mən aşıx, qala-qala,

Tikilif qala, qala.

Cavan ömrüm çürüdü,

Qürbətdə qala-qala.

Süleyman mülkində kimsə qaladı,

İllərinən üzü gülməz, başa-baş.


Aşıx Alı həzər dərdə dəvadı,

Bir dərdim var xəsdələrə dəvadı.

Yox aşıx dava gəzər,

Xəsdələr dava gəzər.

Əsil çay-çörəh verər,

Bədəsil dava gəzər.

Davaçısan, bu meydanda davadı,

İsdiyirsən kəllə vurax başa-baş.


ÇİRKİN
Bir gün aşıx Besavat işdən çıxıf evə gəlirdi. Gördü buna tərəf bir kadın gəlir. Amma bu kadın yaylığının bu tərəfini belə yaşmıyıf, bu tərəfini belə yaşmıyıf, naznan gəlir. Dedi:

– Ə, bu kimdi görəm? Bu niyə belə naznan-qoznan gəlir?

Gəlinin bir tərəfi yaşmaxlıydı. Besavad da buraynan gəlirdi. Bunun burası yaşmaxlı olanda çıxdı yoldan o biri tərəfdən gəldi ki, bunun üzünü görsün kimdi bu. Gələndə gördü ki, filankəsdi. Tanıyır da. Çoxlarının evini yıxıf, balasını yetim qoyuf. Dedi ki, ağız, aya­ğını saxla, sinəmdə bir neçə kəlmə söz var, onu deyim, onnan sora get. Ayağını saxladı. Dedi:

– Hə, nə deyəssən?

Götürür deyir ki:

Çox da naz eyləyif üzüü bürümə,

Mən səni görmüşəm, ay qara çirkin.

Ördək kimi ayağını sürümə,

Çoxlarını eylədin avara, çirkin.
Dodağın palandı, burnu püləsən,

Hak yaradıf, yoxsa özün beləsən?

Bir kəlmə danışsam sözə gələrsən,

Qaxallar başını divara, çirkin.

Dön bəri, dön bəri, görüm yönünü,

Ölçən olmaz uzununu, enini,

Beş qəpiyə alan olmaz gönünü,

Əgər çıxartsalar bazara, çirkin.


Farağat oturuf durduğum yerdə,

Apardın ağlımı, qoymadın sərdə,

Besavad Temiri getdiyi yerdə

Çıxartdın yolunnan kənara, çirkin.



Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin