Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,32 Mb.
səhifə63/197
tarix01.01.2022
ölçüsü2,32 Mb.
#103325
1   ...   59   60   61   62   63   64   65   66   ...   197
60. XAN ŞUŞİNSKİ
Yaz günü imiş. Behbud oğlu Həsən oğlu Ataşa toy eliyəjəy-miş. Bu xanın da stalovoyda çalıf-oxuyan vaxdı imiş. Gedir Şuşaya xanı gətirməyə. Xanı tapır, deyir:

– Xan, mən Ağcabədidən gəlmişəm, özüm də kəbirriyəm. Oğluma toy eliyəjəm, özü də on gün.

Deyir:

– Əşi, on gün toy olar?



Deyir:

– Bəli, mən on gün eliyəjəm. İndi de görüm mənnən şabaşa danışırsan, yoxsa qiymət kəsirsən.

Xan fikirrəşir ki, bu basma papax kişidi, bunun toyuna kim gələjəh ki, şabaşı nə ola. Deyir:

– Əmi, qiymətə danışajeyih.

Danışıllar. Adresin verir, deyir:

– Bürsüyün orda ol.

Xan gəlir görür ki, bir dəm-dəsgah var. İki yüz, üş yüz atı bağlamağa hörük. Yüz əlli metr mağar. Bir tükan, içində qənfet, şirniyyat. Belədə dəlləkxana.

Nəysə, toy başdıyır. Xan bir saat, iki saat oxuyur. Ataşın atası Həsən gəlir, əlini salır pencəyin civinnən bir onnux çıxardır, tullu­yur bunun qavağına. Deyir:

– Xan, xamlıx eləmə, yaxşı oxu.

Aradan bir az keçir, gətirir bir onnux tulluyur:

– Xan, yaxşı oxu.

Xan bunnan qiymət kəsdiyinə peşman olur.

And olsun Allaha, 1948-ci ildə mən birqadir işdiyirdim. Araz kalxozunnan iki ton arpa almışdıx. Paşanın atası Hüseyn kişiynən getdih arpanı gətirməyə. Sənədlərə qol çəkilməlidi, getdih sədri tapmadıx. Dedilər ki, Xan gəlif, konsert verəjəh. Biz də getdih. Bu çaldı, oxudu. Şökətdi, budu, qardaşı Allahyardı tarçı, bir də kaman­ça çalandı. Oxudu qutardı. Qutarannan sora dedi ki, ay camaat, sizdən bir adam soruşajam, Kəbirridən. – Qulağımnan eşitdiyimi deyirəm. – Dedilər:

– Soruş.

Dedi:

– Behbud oğlu Həsən.



Deyəndə Hüseyn kişi dilləndi ki, o bizim kalxozdandı, mənnən qonşudu. Dedi:

– Sən burdansan?

Dedi:

– Yox, mən Salmanbəylidənəm.



Dedi:

– Onun oğlunun toyunu elədim mən, onnan qiymət kəsdiyimə utandım. Onun mənim qavalımın üsdünə tulladığı onnuxları quflat­mışam, qavalın içinə belə dəyirmi düzmüşəm. O pastayannı evdə olur. Qonağım olanda o qavalnan oxuyuram.

Biləndə ki, Həsən artıx kasıflıyıf, var-döyləti əlinnən alınıf Xan Şuşinski Hüseyn kişiyə beş yüz maat pul verdi, dedi:

– Bunu verərsən Həsən kişiyə.



Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin