Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012


YER ADLARI, TAYFA VƏ NƏSİLLƏR HAQQINDA



Yüklə 2,32 Mb.
səhifə67/197
tarix01.01.2022
ölçüsü2,32 Mb.
#103325
1   ...   63   64   65   66   67   68   69   70   ...   197
YER ADLARI, TAYFA VƏ NƏSİLLƏR HAQQINDA
65. CANAVARLI KƏNDİ
I mətn

Deyilənə görə, kəndin ilk adı Çeşməli olub. Kəntdə birinin bəynən mübahisəsi düşür. Deyir, mən quzunu alaram canavar kimi dişimə, çayı keçərəm o üzə. Həqiqətən də, quzunu ağzına alıb çayı keçir. Onnan da kəndin adı qalır Canavarrı kəndi.


II mətn

Bir kürd imiş, bu kəntdə olurdu. Qonşu kənd də xannar, bəylər yaşıyan kənd idi. Aşağı tərəf hamısı çalma idi. Orda kənd yox idi. Kürd gedir ora, qoyunun içinə. Xan da durufmuş qoyunun yanında. Xana deyir ki, sənin bu erkəyini mən ağzıma alım – qaya­nın altında çinar ağacı var idi, – o çinaratan aparım. Sənin çoban­narın erkəyi mənim ağzımdan alsa, onda nə deyirsən edim, ala bilməsə erkəh mənimdi. Onnan sora erkəyi vuruf ağzına aparıf. Çobannar nə qədər eliyir onu ağzınnan sala bilmillər. Kürd də zırı kürd idi. Kəndin adı o vaxdan Canavarrı kimi qalır.



Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin