Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,32 Mb.
səhifə68/197
tarix01.01.2022
ölçüsü2,32 Mb.
#103325
1   ...   64   65   66   67   68   69   70   71   ...   197
66. KÖYÜK KƏNDİ
I mətn

O qədər meşə varmış burda, qalınnıx imiş. Bir tərəfi Hindarx, bir tərəfi Kəhrizdi, Qarqar, buralar hamısı meşə imiş. Bir dəsdə mal yoxa çıxır, tapılmır. Buları tapanda mal küyükür, qaçır. Elə onnan da o kəndin adı qalır Köyük.


II mətn

Köyükdə qalın meşə oluf. Dəvəyə deyillər hara gedirsən, de­yir: “Ya Naxçıvana duza gedirəm, ya da Köyüyə oduna”. Bu məsəl o vaxdan qalıf. Hüriyyətçilih dövründə meşəni camaat qırıf. O kəndə siftə bizim ulu babamız gəlif Ağdamın Saraclı kəndinnən. Alı adında kişi oluf. Yazdağa gəlif bura, elə burda da qalıf. Payız gələndə çox quraxlıx oluf. Kişi deyif ki, heyvanı açın buraxın, getsin meşəyə. Açıf buraxıllar. Yaz gələndə nökərinə deyir ki, get gör nətərdi, heş qalan oluf. Gəlif görüf ki, heyvan hamısı meşədə yeyif, küyükür adam görəndə. Ad da ordan qalıf. Sora oluf Köyük kəndi.


III mətn

O kəntdən (Köyük kəndindən – top.) atamın tanışı vardı, Feyzulla addı bir kişi idi. Dədəm onnan zarafat edirdi ki, Feyzulla, siz Köyühlü deyilsiz ey, Kötühlüsüz. Deyirdi:

– Vallah, ay İsa kişi, nə bilim. Heylə də deyillər, belə də deyillər.

O deyirdi ki, nəyə görə kötühlüdür. Atam deyirdi ki, bu düz­dər­də gəvil deyilən bitki var, qanad-quyruğu yer üzündə çör-çöp olur, amma kökü ağaş kökü kimi çox yekə olurdu, dəyərri yanacax olardı. Payıza dönəndə sizin camaat uşaxlı-böyühlü, qadınnı-kişili darışar­­mışdar düzdərə qış yanacağı üçün gəvilin kökünü yığarmış­dar. Lapat­kaynan, baltaynan, külüngnən qazıf kötühdən daşıyıf hər kəs qapı­sında taya vurarmış ki, qışda yandırmağa. Kötüh qazannar, kötüh yandırannar olduğuna görə olara kötühlü deyiflər. O kötühlü, kötühlü sora nəsil dəyişdihcə Köyüklü şəklini alıb.


Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin