Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,32 Mb.
səhifə69/197
tarix01.01.2022
ölçüsü2,32 Mb.
#103325
1   ...   65   66   67   68   69   70   71   72   ...   197
67. MİNƏXOR KƏNDİ
I mətn

Əsl adı Binəxordu. Ərəbcə ata “xor” deyillər. Pənah xanın at binəsi olufmuş orda. Ona görə oranın adı qalıf Binəxorru.


II mətn

Minəxor İvrahim xanın at tövlələri oluf. Minəxor “min at axuru” deməkdi. Orda min at axuru oluf.


68. HARAMI DÜZÜ
Haramı düzü dəvə karvanının yolu üsdündə oluf. Orda da haramılar gedif gələn karvannarı soyurdu. Ona görə də oranın adı qalıf Haramı düzü.

69. GAVUR ARXI
I mətn

Örənqala böyük bir şəhər oluf. Orda yaşıyannar da gavurlar oluf. O arxı onnar çəkdirif. Sora Örənqala batıf. 1938-ci ildə arxı bərpa eliyillər, adını qoyullar Orcanidze kanalı. Sovet dağılannan sora həmin arx yenidən Gavur arxı adlandırılır.


II mətn

Gavur arxını sifdə gavurlar düzəldifdi. Yüz illər keçif pozu­luf, Arazdan ayrılan qol itif-batıf. Bir də xan qızı Natavan arxa su gətirif. Onun da vaxdı qutarıfdı. Texnika çıxannan sora su hasat gəl­­di. Qavaxda bizi yığırdılar, daşı yığırdıx qarğının arasına, məf­dil­nən bağlıyıf yumalıyıf salırdıx Araza ki, su güjdənsin kanala gəlsin. Bu kanal da onnan bəri işdənir.

Bu kanala su üş dəfə gəlif. Elə olufdu ku, arxı qazdıxları yerdə bir ilanın ortası çıxıfdı. İlanın ortasına gətirif kəndiri salıflar. Başı-quyruğu torpağın altındadı. Nə qədər çəkiflər, mümkün olmu­yuf. Sora kəllər işdiyirdi orda. Kəlləri gətirif qoşufdular. Kəl­lər güj verəndə bu çıxmıyıf. Çıxmıyanda gamış heyvanının bir xasiyyəti var, o saat dizdərini atır yerə. Qavax dizdərini atıf yerə, bu çıxıf. Görüflər bir əjdahadı. Bu heş tərpənmir. Elə belə-belə ba­xıf bulara. Bular da buna yaxın gedə bilmiyif. Bir də görüflər ki, nə qədər sürü ilannar gəldi topalaşdı bura. Bu ilannar padşahı imiş da. İlan gəlif fışıldaşanda bular qaçıf. Savah ürəkli bir adamı göndə­riflər ki, gedin görün orda nə var. Gedif görüflər bir dənə ilan da yoxdu. Çıxıf gediflər.
70. XATIN ARXI
Şah Abbas Xatın addı naxırçı qızını alanda qız şaha deyifdi ki, Əsgəranın tuşunnan, Qarqar çayınnan bir dənə arx çəkdir, çıxart­ginən Qarabağın düzü Muğadənə. Xatın arxı son vaxtlara qədər işdiyifdi. Şah Abbas onu həmin kadının sifarişiynən çəkdirif.


Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin