71. ƏJDƏR GÜLLƏLƏNƏN YER* Orda əvvəla bir yannışlıx oluf. O Əjdər güllələnməli döyülmüş. Bu güllənən Əjdər kamsomolçu oluf. Başqa bir Əjdər güllənəsi imiş, səhvən gəlif bunu aparıflar. Afşar bir qürurunnan da o biri camaatdan fərqlənir. Bu Əjdər öləndə də yenə afşarrığını orda nümayiş elətdirir. Ona atəş açmamışdan qavax yaxasını belə açıf deyif ki, sağ olsun şura hökuməti, yolunda da bir can verəh. Bunu gülləliyənnən sora bajısı gedif evdən bunun kamsomol knışkasını gətirif gösdərif. Gösdərənnən sora peşman oluflar ki, bunu bayaxdan gətirərdin da. Biz axdaran bu döylü.
Deyillər, haksız qan töküldüyünə görə orda ot bitmir.