Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,32 Mb.
səhifə71/197
tarix01.01.2022
ölçüsü2,32 Mb.
#103325
1   ...   67   68   69   70   71   72   73   74   ...   197
72. AXTAMAR GÖLÜ
Tamara addı bir erməni qızı olur. Bu, müsürman oğluynan sevişir. Din buların evlənməsinə icazə vermir. Tamaranın atası qızı öz dinnərinnən olan başqa birisinə verəndə gəlir sevgilisinə deyir ki, məni başqasıynan evləndirillər. Gedir çıxıllar Axtamar gölünə. – Bizim kəndimizdə Zülfü var, feldşerriyi qutarıf. Bizi apardı Axta­mar gölünə. Orda o söypət eliyirdi ki, burda belə bir əhvalat olufdu. – Axtamar gölünün başında bir dənə qəlbi qaya vardı. Deyir, bular qayanın başında oturuf söypət eliyəndə qız deyifdi ki, məni beyjə məjbur da olsa verəjəhlər erməninin oğluna. Mən ona getmirəm. Erməni olduğumuza görə atam deyir səni müsürman millətiynən evləndirmərəm. Deyir, mən sənnən evləndim evləndim, evlənmə­dim özümü atıf bu gölə öldürərəm, o oğlana getmərəm. Tamara özünü qayadan atır o gölə, boğuluf ölür. Qız özünü atanda oğlan arxasınca çığırır. “Ah Tamara” deyəndə bunun səsi qayada əks-səda verir. Oğlan da özünü atır, olar ikisi də nakam orda ölüllər. Orda hər kəs gəlif ah eliyəndə o qayadan həmən əks-səda eşidilirdi. O sədaya görə o gölün adını Axtamar qoymuşdular.


Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin