Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,32 Mb.
səhifə73/197
tarix01.01.2022
ölçüsü2,32 Mb.
#103325
1   ...   69   70   71   72   73   74   75   76   ...   197
76. YES XIRMAN
I mətn

Keşmiş vaxdı yezitdərnən ölüyaların arasında dava düşür. Davada gəlir orda milləti qırıllar. Rəvayətnən orda millət qırılan vaxdı onun üsdünnən vəl sürüllər ki, təmiz itsin. Onda daşa dönüf hamısı. İndi ora Yes xırman deyirih.


II mətn

Allah-tala pis bəndələri, Allahın yolunnan azannarın çarxını çöörəjəh həmişə. Deməli, orda qoyun otarırmışdar, ağanın (Seyid İbrahim ağanın – top.) qəbrinin yanında. Qoruğ imiş, qoymurmuş­dar. Anamın dediyini deyirəm. Qoyunu otardıxları yerdə qurban olduğumuzun biri gəlir, deyir:



– Bəs sən o qoyunu ora niyə salmısan, ağanın qəbrini tapdalıyır.

Nəysə, deyişmələri oluf. Deyif:

– Səni görüm o qoyunnarının hamısı daş olsun.

Bax, bunu eşitmişəm. İndi qəbirstannıxdakı daşlar da həmin qoyunnardı, dönüf daş oluf.



77. ÖRƏNQALA
Örənqalanın üsdündə iki mil yeri var. Yüz iyirmi metr hün­dür­rühdə bişmiş kərpişdən hörülmüş millər olufdu. O milə çıxanda Şahsevəndə təpə var, ora görükürmüş, bir də bu tərəfdə Soltanbud meşəsi var, o görükürmüş. Onun biri şəhərin təhlükəsizdiyinə xidmət edirmiş, o biri isə ən ağır cəza alannarı çıxardıf onun başına qoyurmuşdar. Ordan yeganə qaçan bir dərzi oluf.

Deyir, onu milin başına aparanda xayiş eliyir ki, on günnüh yemək götürüm. Bəhməz götürür. O dərzini çıxardıllar ora. O bəhməzdən damcı-damcı buraxır yerə, çatır qalanın divinə. Arvada deyir ki, atdı qarışqanın belinə ipi bağla, çıxartsın ora. Ha belə-belə. Bir az onnan yoğununu, bir az onnan yoğununu. Həmin ipdən kəndir hörür, gejənin birində ordan düşür qaçır.


78. MİL DÜZÜ
Belə bir rəvayət eşitmişəm ki, o şəhəri (Örənqala – top.) mon-qollar dağıdannan sora burdan bir nəfəri uşax vaxdı babası götürür gedir İraqa. Aradan həştad il keçənnən sora bu uşağın həştad yaşı olanda ordakı nəvələrinə deyir ki, Örənqalada, filan yerdə babam­nan qızıl gizdətmişih filan ağacın divində. Buralar meşə oluf o zaman. Pələh oluf o meşələrdə. Bu kişinin gözü tutulmuşmuş. Nə­və­siynən gəlir, Arazı keçillər. Şəhərə hardasa beş-on kilometr qalmış kişi başın belə-belə eliyir. Deyir:

– Baba, niyə heylə eliyirsən?

Deyir:

– Bala, gözümə-başıma ağaş dəyər.



Deyir:

– Ay baba, burda ağaş yoxdu, kolluxdu. Bir də tək-tük orda-burda yekə palıd ağacı, sakqız ağacı var.

Deyir:

– Bala, nətər olur? Burda qovu vardı, onun qırağında palıtdıx vardı.



Deyir:

– Baba, yoxdu.

O palıtdığı monqollar hamısı kəsif mancanağnan qalaya atmışdılar. Yoxdu o palıdlar. Deyir:

– Bala, artıx biz qızılı tapmarıx. Burdan atı çək, gedəh Muğan­nıya. Muğannıda bizim qohumumuz var. Mənim qoja nənəmi ordan götürüf qaçıflar, gedəh ora.

Gəlillər. Muğannı da Qarqarın o üzündədi. Deyir ki, bala, salçıları çağır, bizi addasın o taya. Deyir:

– Baba, sal nədi, burda çay atın burasınnandı.

Deyir:


– Bala, axı bura dərin çay idi, biz o tərəfə keçəndə salnan keçirdih.

Deyir ki, baba, vallah dayazdı. Nəysə, deyir keçəh. Gedillər soraxlaşıllar, öz nəsillərin-köklərin tapıllar. Demək, həştad ilin müddətində Qarqar bura enir (dizini göstərir – top.), burdakı meşələr yoxa çıxır. Orda gejəliyillər, qayıdıllar, çıxıf gedillər.

Buranın adı, düzdüyünə görə deyil, o milə görədi. O milin birini 1896-cı ildə söküf peyğəmbəri tikiflər (Cərciz peyğəmbəri – top.), yerdə qalanı uçufdu. Şükür babam deyirdi ki, hardasa 1890-cı ilə qədər 20 metr hündürrühdə durudu. Bir hissəsini də camaat söküf, evlərin tikintisində istifadə edif.

Başqa bir söyləyicinin əlavəsi: Şahın devrində o millərdən poşt vasitəsi kimi istifadə olunurmuş. Səsi uca adamlar çıxıf durur-muş orda. Şah fərman verəndə milin başındakılar səhər tezdən bir-birinə çağırıf fərmanı deyirmişdər. Həmin fərman indiki devrdən tez gedif Gəncəyə çatırmış. O millər Gəncəyə qədər gedirmiş.


Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin