Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,32 Mb.
səhifə88/197
tarix01.01.2022
ölçüsü2,32 Mb.
#103325
1   ...   84   85   86   87   88   89   90   91   ...   197
QARADOLAQLAR HAQQINDA*
Qaradolax əvvəl Naxçıvannan İrəvan ətrafında olufdu. Qavır­stan­nığımız da oluf orda. Onnan sora olar ordan aralanıfdı. Bilmi­rəm davaynanmı, nəynənmi bizim qaradolax ordan aralanıfdı. Ni­ka­layın vaxdı bir yarsı gəlif Gəncəyə, bir yarsı da gəlif Qızılqaya deyirih, Xonaşenə. Çox yarısı gəlif Qızılqayada torpax götürüfdü taxıl əkməh üçün. Bu Gəncədəkilərə Molla Vəlilər deyirih biz, görüflər ki, Xonaşenə gələnnər burda döylət bağlıyıf, dəvə sürüsü, qoyun sürüsü. Taxıl əkiflər Qızılqayada. Ovanı aparıf dağda qoyuf atı minif gəlif taxılı biçif dərzə vurullar, dərzi də tayalıyıllar. On dərz bir pencə edir. Olar da Gəncədən köçüf gəliflər bura, qarışıflar bizim camaata. Amma olar da kökdən qaradolax idi. Qojalar deyər­di bizim əsas yerimiz Naxçıvandakı Qaradağ oluf, mehraflı tirəsi ordan gəlif.

Otuz ikinci ildə döyləti yığdılar, varrıların hamısını sürgün elədilər. Qaçanı qaşdı, xəlvət yerrərdə gizdəndi. Bəyləri, xannarı qulağ deyirdilər, qulağa saldılar. Döyləti bir qat onda yığdılar. Qa­lan döyləti də otuz dokquzuncu ildə yığdılar. Kürqırağındakı ova­larda nə qədər mal, qoyun vardı hamısını siyahıya aldılar. Gətdilər qafan qurdular. Qoyunu iyirmi-iyirmi, otuz-otuz doldururdular ora, həm ətini çəkirdilər, bir də sayını yazırdılar. Heylə-heylə müəy­yən­ləşdirdilər ki, filan adamın nə qədər qoyunu var.

Gördüm ki, Uzun Qaranın qoyununu yığıf gətiriflər. Bir qara qız da qoyunun dalına düşüf gəlif. Bizdə də İmran kişin vardı, o da qafan çəkirdi. Mən durmuşam qıraxda. Uşağam da. Bir də gördüm ki, qız gəlif duruf orda. Bir ağ quzu anasıynan qafana girəndə qız qışqırdı. Qışqıranda dedilər: “Ona nə oldu?” Dedi: “O quzu mə­nimdi, atam maa verif onu”. İmran kişi dedi: “Bala, götür quzuu get". Aldı belə qujağına, ağlıya-ağlıya getdi.

Kim nə qədər qoyun, mal verdisə, qoyunun birinə on iki maat, iri malın birinə isə qırx maatdan hesablayıf pulunu verdilər. Bizə bir inəh verdilər, bir at verdilər, on qoyun. Qalanını qatdılar qalxoza. Qalxoz onda hələ təzə təşkil olunmuşdu. Kim qalxoza girirdisə, deyirdilər bir düyə ver, ya bir cöngə ver. Sora camaatdan aldıxlarını qatdılar, qalxozun mal-qarasının sayı artdı.
* * *

Qaradolaxnan bizim Mehraflı kəndi bir camaatdı. Kürün qıra-ğında mehraflı qışdağı oluf. Burda əvvəl Ağdamın Sütcannı kəndinnən gələnnər məskunlaşıb.



Mehraflıda Füzulinin Kürd Mahmuddusunnan on iki-on dörd ev var idi. Otuz yeddidə qalxoz quruldu. Hərədən bir dana aldılar. Dedilər qalxozdux qurulur, ustav qoyulur, hər evdən bir dana alıl­lar. Otuz dokquzun hansı ayı idisə bütöv kəndi yığdılar. Meh­raflı iki bölündü. Yarsını gətdilər bura sütcannılara qoşdular, yarsını da kö­çürt­dülər Kürt Mahmudduya. O da nədən irəli gəldi onu da deyəjəm.

Onda vəzifədə işdiyən cəfərlilər oluf da. Rəhmətdih Musa dayımda da bir az lovğalıx var idi. Qardaşı Murtuza onda prakror idi. Boyatdan bizə yer verillərmiş. Buna deyillər ki, qardaş, camaatı apar, haranı ürəyin isdiyir gedin orda yaşıyın. Musa da deyif: “Yox, qalxozdux nədi, biz arançılıx eliyəmmərih”. Onda bizim camaat köçəri idi. Onnan sora məjburi böldülər. Yarsı gəldi bura sütcan­nıla­rın yanına, bizi də onnan bir neçə ay sora yığdılar apardılar tök­dülər Kürt Mahmudduya. Onda da burda ağac-uğac, heş-zad yox idi. Allaha and olsun, at-dəvə sirkanın arasınnan gedirdi, görükmür­dü. Qızdırma, ajdıx, müharibə bir yannan. Elə pis günnər oldu ki.

Qaradolaxda oluf mehraplı, qulamlı, atakişibəyli, tağılar, döylər, can-can, imirli tirələri. Mehraflı kəndinin özündə isə tatarrı, yolçular, həzrəlilər, məmmədalılar tirəsi var.

Dəvəgözü, Sarıyer, Qızılboğaz, Qarabirçıx, düz Cermuxa qədər qaradolağın yaylax yerləri idi. Güzdək yeri Xonaşenin yuxa­rı­sında oluf. İndiki Xocavənd rayonunun ərazisinə düşür. Qışla­ğı­mız da Kü­rün qırağı oluf. Zərdabın Nəcəfqulubəyli kəndinnən tut­muş Kürün bəri yaxasınnan İmişlinin sərhədinə qədər ərazi qaradolağın qışlax yeri oluf.
* * *

Bir dəsdə atdı gəlif elatın içinnən keçəndə it bulara hürüf*. İt hürəndə bular itdəri öldürüflər. Demək elatda da itin boğulmasına, öldürülməsinə dözümlülük yox idi. Bu namusa sataşmax kimi qəbul olunurmuş. Qaradolax oğlannarı bunu eşidif atdıların dalınca gediflər. O atdıları gülləliyif öldürüflər. Öldürənnən sora o tayfay­nan buların arasında dava düşüf. Bular baxıf ki, burda çox itki verəjəhlər. Məjbur oluf birdəfəlik köçüflər Koratana**.

Koratana rəhmətdih Aşıx Ələsgər toya gəlifdi. “Çəkifdi məni asimana ditdili” şeirini də orda yazıf. Ordan da gedif Göyçəyə. Görür Göyçədə hələ qardı. Orda da bu şeirini yazır:

Başı Xaçın, ayağı Qarqar,

Göyçə qar əlinnən zara gəlifdi.

Muğan həsrət çəkir a yağa qar, qar.


* * *

Nəcəfqulubəylidəki qaradolaxlar bəy öhdəsində oluflar, bəy əlinin altında oluflar. Bəyin gamışını saxlıyırdılar. Deyirdilər bu gamışı sağarsan bir il, bir pud yağ verərsən. Bir pud da on altı kilo edirdi. Heylə orda kənd bağlıyıf oturuflar.

Bəyə qullux eliyənnər dağa getmirdi. Daxal tikif yannarı qa­mış­dan, orda yaşıyırdılar. Qoyun isdiyə dözmürdü deyə, ancax mal-qara saxlıyırdılar, ən çox da gamış.
* * *

Qara dolağı qadınnar yer xanasında toxuyurdular. İndiki şarf­lara oxşuyurdu. Ayağın ujunnan başdıyıf dizə qədər doluyurdular. Qatması olurdu, qatmayan da bağlıyırdılar. Hansı tayfanın, kəndin böyrünnən keçirlərsə, deyirmişdər qaradolaxlılar gəldi.


* * *

Qavaxda tərəkəmə obaları yaxın-yaxın düşərmiş. İtdərin biri-biriynən boğuşması adət halını alıf. Bir dəfə də iki qaradolax obası bir-biriynən yanaşı düşmüşmüş. İtdərin davası düşür. Mənim ana babam Məşədi Baxış baxır görür ki, buların bir iti öz itlərinnən birini parçalıyır, o biri ovanın itinə tərəf keçir. Heylə itə tayınbasan deyillər. Kişi götürür beşatılanı – özü də quşu gözünnən atırmış, – atır. Deyir:

– Bu tayınbasanı vurmax lazımdı.

Yanı hansı it öz tayın basırsa, o, tərəkəmədə ən qəbahət haldı.

Qaradolaxda itlərə verilən adlar: Alabaş, Qarabaş, Boğar, Yetirən, Götürən, Alqayıt, Xallı, Bozzar.

* * *


Fermaya soxulan canavarı boğan itə sağlam bir dənə qoyunu kəsəllər, quyruğunu atallar ki, yesin. İti insan kimi gərəh adınnan çağırasan. Lap küçüh vaxdınnan ona ad qoyullar. O adını it elə tanıyır ki, kəndin başınnan onun adını çağıranda o it başı əldə deyilsə, yiyəsinin səsinə getməlidi.
* * *

Şallağın taziyanə, qırmac kimi növləri var. Şallaxçı olurdu, şallağı ona pulnan hördürürdülər. Qırmac uzun olur. Onnan öküz­dəri vurmax üçün istifadə olunur. Uzunnuğu dörd-beş metr olurdu. Birinci metrəsi yoğun olur, ikinci metrəsi onnan bir az nazik olur, üçüncü də onnan bir az nazik olur. Qavaxda öküzü otaran adamlar üş-dörd metr öküzdən uzaxda otururdu. Şallax ona çatsın deyə uzun olurdu.

Əl şallağının sapı iyirmi beş-otuz santımetr olurdu. Sapı tu­bul­ğu ağacınnan hazırranırdı. Bəyzadə şallaxlarının sapı qartalın budunnan, ceyranın, əliyin qılçasınnan olurdu. Onun sap hissəsini yağda qızardırdılar. Onun iyirmi beş-otuz santımetr sapıdı, otuz san­tımetr də özüdü. Əl şallağının ujunda ürəkşəkilli şey var, əl tut­mağa. Onu da toya gedəndə xrom sapoğun boğazına taxırdılar.
* * *

Çarıx çamış gönünnən hazırranırdı. Çarığı o qədər geyirdilər ki, o bərkiyirdi. Gejə çarığın içini torpaxnan doldururdular, qaldırıf səlbinin içinə qoyurdular ki, torpax onu yumuşaltsın. Sadıx kişi söypət eliyiridi, hətta elə oluf ki, günüz quzu otaranda bir də ayılıf ki, çakqal çarığın ujunu yeyif, amma bunun xəbəri olmuyuf.



Çarığın üç nevi var: quş burun, üş burun, xəlvir qırağı. Ən yax­şısı xəlvir qırağı çarıx hesab olunurdu. Sayılan, imkannı adamlar onnan geyərdi.

Çarıxdan başqa lafçın var idi. Burnu qatdanırdı üsdə, da­va­nı­na da dəmirdən nal vururdular ki, yeyilməsin. Çarıxdan sora o mod idi.

* * *

Qədimdə bir tərəkəmə kişinin qızına elçi gəlifmiş. Qıznan oğ­lan da bir-birini isdiyirmiş. Amma gələcək yeznə qaynata tərə­fin­nən yoxlamalardan keçirilirdi. Bir yekə kötüyü dığırrıyırdılar bunun qa­bağına ki, kötüyü yarsın. Gələcəh kürəkən də pəhlivan kimi imiş. Bir dənə saz baltanı götürür, başdıyır odunu yarmağa. Bu da çəmini bil­mir, ortadan vururmuş. Balta danqıldıyıf qayıdırmış geri. Qız ba­xıf görür ki, belə getsə oğlan yara bilmiyəjəh. Qız tez bir az yal qayı­rır. İtə yemi orda verillər. Özü də it oranı o qədər yalıyır ki, elə bil suvax çəhmisən. Qız yalı ora tökəndə itdər gəlir. İtdər mırıl­daşanda deyir:

– Ay it, Allah sizi qırsın, qıraxdan-qıraxdan az-az yalıyın.

Amma üzünü də oğlana tutuf deyirmiş. Oğlan fikirrəşir ki, sən öl, bu qız maa çəm* örgədir. Baltanı götürüf qıraxdan-qıraxdan yarıf. Yarannan sora kişi də qızın həsini verif.
* * *

Gər qoyun gejənin bir vaxdı sürünün başını çəkif arxacdan aparar. Rəngi kül rəngində olur. Onu bədxur da adlandırıllar. Rəngi dəyişih-dəyişih olanda bilirdilər o gər qoyundu.


* * *

Əli-ayağı yekə adama padar deyillər. O cümlədən mənim ata­ma da padar deyiflər. Bunun tarixi belədir ki, atam kişiləşif arvada komanda verif ki, aaz, maa su gətir, ayağımı yuyum. Anam ləyəni gətirif, rəhmətdih qağamın indi olmasın, ayağı nə boyda imişsə ayağı ləyənnən çıxıf çölə. Deyif: “Daşu töhmə Allah, bu hancar padar əl-ayax”. Onnan qağamın adı qalıf Padar.


* * *

Qarabağ xanı İbrahim xannan, Fətəli xan Rusiya təbəliyini qəbul eləmişdi. Ona görə də İran şahları Qarabağ camaatına qarşı çox qəzəbli idilər. Bu ərəfədə bayaxları Xonaşen deyilən yerdə Qaradolağın on iki dənə dəvəsi keçif İran tərəfə. Elatda da itmiş hey­vanın dalınca getməməh namussuzdux sayılır. Lap ölüm olsa da get­məlisən. Deməli, bu kişinin ulu babası Ağməmməd, Hajı Bədəl, Sarı Eyvaz gedillər İrana, Sarı xanın iqamətgahına. Bular baxıllar ki, buları öldürəjəhlər. Deyillər dəvə-zad lazım döylü, biz çıxax gedəh.

Deyillər:

– Ə, nə dəvə lazım döylü. Sizə on iki dənə sual verəjəm. Sual-ları bildiniz, dəvələri aparassınız, bilmədiniz boynunuz fərman-dadı. Deyə bilərsənmi namazı nə üsdə qıllalar?

Biri deyir ki, namazı ceynamaz üsdə qılallar, bir deyir xalça üsdə qılallar. Deyir:

– Yox, buların başını vurun.

O uşax da aralıdaymış. Deyirmiş ki, a kişi, məni də aparın, mən də suala cavab verim. Buna deyillər ki, bala, səni qoymuya­ja­yıx yaxın, çünki sən uşaxsan. Buların başı vurulajax, heç olmasa bula­rın ölüm xəbərini sən elatınıza apar. Əl çəkmir. Deyir:

– Bala, onda saa da sual veriləjəh, bilməsən sənin də boynun fərmandadı.

Razılaşır. Deyir ki, baxmayarax ki, bizə zorən rus təbəliyin qəbul elətdiriflər, amma biz də müsəlman əhliyik. Biz də namazı islam dini üzərində qılırıx, harda olmağımızdan asılı olmuyarax.

Deyir:


– Əla.

Deyir:


– Bala, indi sən maa deyə bilərsənmi heyvanın pisi, insanın pisi, meyvənin pisi, yolun pisi.

Deyir:


– Xan sağ olsun, biz Qaradolaxdan bura dəvələrin dalınca gə­ləndə yolda ərih yüklü eşşəyin belində bir erməninin yoxuş yuxarı getdiyini gördük.

Deyir:


– Bala, əla. Deyə bilərsənmi atan yaxındadı, uzaxda?

Deyir:


– Atam uzaxda idi, indi yaxındadı.

Deyir:


– Açması?

Deyir:


– Atam nə qədər ki, cavan idi, gorgah evinnən uzaxda idi. İndi yaşdaşıf, gorgah evinə yaxınnaşıf.

Deyif:


– Yaxşı.

Mən aşıx neylədilər,

Tey bağrımı teylədilər.

Peyğəmbəri yudular,

Qüsul suyun neylədilər?

Uşax deyir:

Mən aşıx yuvadılar,

Tüləh tərlan yuvadılar.

Peyğəmbəri yudular,

Onun qüsul suyunnan Məkkəni suvadılar.

Deyir ki, yaxşı bala, sənə axırıncı sualı da verəjəm. Deyə bilərsənmi dədən neçə dəfə çapıf, neçə dəfə çapılıf?

Deyif:


– Dədəm üş dəfə çapılıf, iki dəfə çapıf.

– Ay bala, mənası?

Deyir:

– Dədəm üş dənə qız köçürdüf. Onda dədəmi çapıflar. Dədəm iki oğul öyləndirif cehiz gətirif. Dədəm çapıf gətirif.

Qız ərə verən daha çox xarca düşür da. Xan əlini bunun kürəyinə vuruf deyif:

– Sənin adını mən verdim. Sənin adın qaldı Ağməmməd.



Qaradolaxdakı Ağməmməd tirəsinin kökü də ona gedif çıxır. Ağməmmədin oğlu oluf Şükür, Şükürün oğlu Məmməd, Məmmədin oğlu Musa, Musanın da oğlu Muratdı*.

* * *


Əmim deyir ki, payızdı dağdan gəlmişih. O vaxdı elat tez gəlirmiş. Ona görə ki, yazda Kür qırağında çoxlu xəlbirək bitirdi, onu otarmaxdan ötrü tez gəlirdih dağdan. Elat da gəlif Kürün qı­ra­ğında Kürətan deyilən yerə tökülmüşdü. Hajı Hümmətalı olufdu mə­nim babam. Aslan kişi də onun erkək çobanı idi. Gəlif ora düş­müş­­dülər. Qoyunu suluyuf suaxdan çıxarırmışdar. Görüfdü ki, yul­ğun­nuğun içində bir dənə flaşlı, qeyri-adi geyimli adam durufdu. Deyir:

– Çoban, bir bura gələrsənmi?

Deyif:

– Gələrəm.

Gəlif. Deyif:

– Çoban, sana bir şey deyəjəm, amma bunu bir sən bil, bir də mən. Bu oba kimin obasıdı?

Deyif:

– Hajı Hümmətalının.

Deyir:

– Sizin obada yaxşı bir at olarmı?

Türkmənnən o vaxdı bərəynən keçif gedif spesialnı at gətirər-dilər, addı-sannı kişilər ey, hər adam yox, neçə qızıla. Deyir:

– Hə, heylə bir at var, o hajınındı. Özü də miçəfkəndə sax­lıyır, cüjü-müjü yeməsin deyə. Yəhəri, yüyəni, hər şeyi var.

Deyir:

– Get hajıya denən ki, orda bir adam duruf. Özü gəlməsin, nə də adam göndərməsin. O atı yəhərrəsin, yüyənnəsin, həmən o qır-pazıynan, bəzəhli çuluynan, qamçısıynan versin sana, gətir mana.

Gəlif hajıya deyif. Hajı fikirrəşif ki, ə, bu elə-belə adam dö­yül. Bu nə cəsarətdi adamdı. Özü də uzanıf ağacın kölgəsində. Deyir:

– Gedin o atı yüyənniyin, şallağı da sancın yəhərin qaşına, aparın verin o kişiyə, götsün getsin.

Gətirif verifdi. Deyif:

– Atın üzəngisini bas.

Atın üzəngisini basıf, həmin adam minif atın üsdünə, şallağı alıf əlinə. Deyifdi ki, dəsmalın var? Deyif:

– Var.


Deyif:

– Dəsmalı sər ora.

Bunun bir dənə bəzəhli xurcunu oluf. Ağzını açıf, yüz dənə Nikolayın onnux qızılınnan sayıf o dəsmalın üsdünə. Deyif:

– Bük.


Büküf. Deyif:

– Bunu apar ver hajıya. Ə, papağını da bir aşağı qoy görüm.

Bir otuz dənəsini də sayıfdı bunun papağına. Deyif:

– Bunu da sən apar ver dədənə.

Asdan kişi deyir ki, – olar da Əlipərəst adamlar idi, Əliyə çox biətləri var idi, – onda da, Mil düzündə tək bircə dənə o pey­ğəm­bərin (Cərciz peyğəmbərin – top.) nişanası vardı. Bir dənə ağac yox idi, dümdüz idi. Bir dənə qamçı vuran kimi bu, çatajax da Araza, o atın qabağında nə dayanajax. Əl atdım, atın yüyəninnən tutdum, dedim:

– Səni and verirəm o qiblədə yatan Həzrət Abbasa, de görüm sən kimsən?

Orda deyif ki, ə, məni yaman yerə and verdin. Bəs, mən İran şahı Məhəmmədəli şaham. Mən məhvi yolnan addıyıf sıravi adam kimi getmişdim Peterburqa – Nikolayın qəbuluna.


Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin