TДRДKДMД OYUNLARI PAPAX OYUNU Papağ oyunu komanda şəklində oynanılır. Hər komandada beş nəfər olur. On beş dəyqə müddətində hansı komanda o birinin başınnan daha çox papax alsa, o qalib sayılır. Papağı götürən şəxs on beş dəyqə onu özündə saxlamalıdır. Papağı gizlətmək olmaz. Əgər yoldaşının papağını götürüflərsə, səndə artıx papax varsa, verməlisən yoldaşına. Papağ başında qalmalıdır. Oyunçuların hamısının başında papağ olur. Papağ ya əldə olmalıdır, ya da başda.
DƏSMAL OYUNU Ölçü qoyulur, misalçün, yüz metr. Hər komandadan bir oyunçu çapa-çapa gedib dəsmalı yerdən götürməlidir. Kim tez götürsə qalib o sayılır. Burda da hər komandada beş oyunçu iştirak edir. Əgər atlının ikisi də papağı götürə bilmirsə, onda ikinci bir də gedillər.
KEÇİPAPAX OYUNU Keçi dərisinin içi samannan doldurulur, atılır yerə. Keçi dərisinnən olur deyənə ona keçipapax deyillər. Diametri bir metr olan halqa olur, ağaşdan asılır. Orda da ancax əyilif topu yerdən götürməlisən və yoldaşına atmalısan. Topu dairənin içinə salmalısan. Topu əldə çox saxlamax olmaz. Maksimum altı saniyə saxlamağa icazə verilir. Altı saniyə müddətində yoldaşına ötürməlisən. Həmin müddətdən çox saxlıyarsansa, onda sən cərimə olunursan. Tək götürüf aparıf halqaya sala bilməzsən. Götürdün gərəh yoldaşına verəsən. Burda da hər komandada beş oyunçu olur. Halqa o vaxdı fındıx çubuğunnan düzəldilirdi, amma indi məftildən hazırrıyıllar. Böyürrərinnən əysi asırdılar ki, topun halqaya düşdüyü görünsün.
ÇOBAN OYUNU Çobannar oynuyuf, ona görə ona “çoban oyunu” deyillər. Dağlarda bir dənə yumuşax əysini top kimi yumurluyuf oynuyurmuşdar. Yenə də iki komanda olur. Hər komandada üç nəfər və yaxud beş nəfər olurdu. Yer ayırırmışdar, bu tərəfə sən aparassan, bu tərəfə mən. Çoban ağacıynan kim birinci aparsa, o qalib gəlirmiş. Orda da bir adət var. Əgər ağac əlinnən düşərsə, sən atdan düşüf götürə bilməzsən onu. Mütləx atın üsdündə götürməlisən. Atdan düşdünsə, oyunnan çıxmalısan. Daşın birini bura, birini ora qoyuf eni üş metr olan qapı düzəldirdilər.
Çöplügöl deyilən yerdə çobannarın bu oyunu oynadığını görmüşəm. Özü də möhkəm də yeyif-işmişdilər. Onda dedilər ki, gəlin bir çoban oyunu oynuyax. Yapıncını bükdülər, möhkəm sarıyıf top düzəltdilər. Çobannarın ucu yumuru toppuzu olan ağacları – çomaxları olurdu, topu da onnan vururdular.