Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,32 Mb.
səhifə92/197
tarix01.01.2022
ölçüsü2,32 Mb.
#103325
1   ...   88   89   90   91   92   93   94   95   ...   197
2. QURU KƏLLƏ
Bir kişi vardı, dənizin qırağında durmuşdu. Gördü ki, kimsə deyir ki, min qan eləmişəm, min birini də eliyəjəm. Kişi ayna-bayna baxdı. Gördü heş kəs yoxdu da. Bu nədi belə? Ha dinşədi, dinşədi, gördü sudan gəlir. Suat* vardı. Yendi bu suatdan başdadı suya bax­mağa. Gördü bir quru insan kəlləsidi, su gətirir. Su elə allahdan olan kimi bəri qırağa gəldi buna tərəf, bunu tutdu. Baxdı ki, bir in­san kəlləsidi. Dedi: “Qupquru kəllədi, nə qan eliyəjəh in­nən belə. Sən öl, bunu aparajam un kimi eliyəjəm”. Bir daş altdan, bir daş üsdən, bunu un kimi elədi, yığdı bir torbaya, dedi:

– Elə görüm, innən belə nə eliyəssən.

Köhnə dam idi, apardı bunu qoydu tirin üsdünə. Kişinin də bir avadı vardı, bir də bir qızı. Öyey idi qızı. Arvad analığ idi. Dolan-mırdı da qıznan, döyürdü. Bir dəfə bu, qızı döydü. Arvad sənəyi götürdü getdi suya. Qız dedi ki, atam deyirdi ki, o zəhərdi, ona əlinizi vurmuyun. Dururam səni, onnan bir az atam ağzıma, öləm çıxam gedəm, bu nə yaşamaxdı. Durdu ordan torbanı götdü, bir az tökdü ovcuna, tulladı ağzına. Torbanı qoydu yerinə, gəldi otdu. Fikir­rəşif ki, mən öləjəm da, atam deyirdi zəhərdi. Ha gözdədi, göz­dədi, ölmədi. Ə, bu nətər hak-hesabdı. Axı, atam deyirdi, bu, zəhər­di, dəymiyin ona. Ölmədi, amma heş kəsə də bildirmədi.

Aradan dörd ay keşdi. Qızın qarnı yavaş-yavaş qalxdı. Uşax bunun qarnında tərpəndi. Onnan bu, uşağa qalmışmış. Analığı bir axşam kişiyə dedi ki, heş qızınnan xəbərin var? Dedi:

– Noluf aaz qızıma?

Dedi:


– Nolajax, bu gün-savah başını alçax eliyəjəh. Dey, qarnı burnunda.

Kişi qaldı belə məhətdəl. Baxdı ki, düz deyir, qızın qarnı yekədi. Arvad çölə gedəndə dedi:

– A bala, sənin anan da mənəm, atan da mənəm. De görüm, səni kim belə eliyif.

Dedi:

– Ata, maa vallah, heş kəsin əli dəymiyif. Axı, sən dedin ki, o zəhərdi, ona əlinizi vurmuyun. Anam məni döydü, mən də canım-nan bezmişdim. Onnan götdüm bir az atdım ki, öləm, ölmədim. Maa nə oldusa, onnan oldu.



Kişi o saat bildi ki, hə, əngəl onnandı. Arvada dedi ki, qız doğ­mamısan, sənin nə dərdə qalıf mənim qızım nədi. Namusu da mənimdi, özü də mənimdi. İşin yoxdu mənim qızımnan.

Vax gəldi çatdı, qızın bir oğlu oldu. Oğlan günü-günnən yekəlirdi. Kişi də tək idi, ayrı bir oğlu yox idi. Sevinirdi bu gedənin olduğuna. Kişinin bir ala inəyi vardı. Bunu aparırdı uşaxlarnan otarırdı, gətirirdi. Diribala idi da.

Bir gün oranın padşahı vəzirə deyir ki, vəzir, get bir balığ al gətir, günorta bişitdirəh yiyəh. Vəzir də getdi bazardan bir balığ aldı, qoydu badnosa, gətdi padşahın qabağına qoydu. Dedi:

– Gör xoşuna gəlirmi?

Padşah da dedi ki, vəzir, bu balıx dişidi, erkəhdi? Belə deyəndə balıx güldü, hopandı düşdü badnosun içinə.

– Ə vəzir, bu nə hak-hesabdı? Balıx da gülərmi?

Dedi:

– Padah sağ olsun, mən nə bilim? Mən də sənin yanında döyüləmmi?



Dedi:

– Yox, vəzirsən sən, bunu tapmalısan.

Dedi:

– Onda maa möhlət ver, gedim şəhəri, kəndi gəzim, görüm bilən adamı tapırammı.



Vaxt aldı gəldi. Bu kişinin bir maydan atı vardı. Maydan da boğaz idi. Savah ertə gəldi ki, gedə, soraxlıya. Bir çay axırdı belə, xeylağ iri çaydı. Uşaxlar da çayın bəri üzündə dirədöymə oynu-yurdular. Vəzir atı çaya vurdu, at büdrədi. Ata bərk qamçı vurdu, çıxdı qırağa. Salam məlöykü. Bu gedə tez salam verdi buna. Dedi ki, əşi, o atı niyə heylə vurdun? Dedi:

– Bala, ata qamçı vurallar da.

Dedi:

– Qulunun gözünü tökdün. Atın qarnında qulunun gözünü tökdün.

– Ay bala, heylə şey olmaz. Ata şallax vurallar da.

Dedi:

– Atının doğmağına üş gün qalıf. Sən mənim sözümü eşit. Boğaz atdı, heş bunu minif getmə. Bir üş gün gözdə, doğsun. Gör balasının gözü kordu, yoxsa yox.



Qayıtdı. Üş gün gözdədi, at doğdu. Baxdı ki, qulunun gözü tökülüf. Dedi:

– Bu nə bildi bunun gözünün töküldüyün?

Durdu ayrı bir at mindi, genə getdi. Genə getdi orda görüşdü onuynan. Gördü bir ala inək var, boğazdı, yatıf. Dedi:

– Ə, bu inək kimindi?

Dedi:

– Bizimdi. Elə bircə inəyimiz var.



Dedi:

– Bunun qarnında balasının nişanın deyə bilərsən mana?

Dedi:

– Niyə demirəm, deyərəm.



– Hə, gəl de görüm.

– Quyruğu aladı, döşü aladı, dırnağı aladı.

Dedi:

– Atan var.



Dedi:

– Hə.


Dedi:

– Get atanı çağır bura.

Gəldi kişini çağırdı apardı. Tanıyırdılar da bir-birilərini. Vəzir dedi ki, kişi, bu inəyin qiymətini de, bunu burda kəsdirəjəm, ətini də verəjəm sana.

Dedi:


– Ay vəzir, görmürsən boğazdı bu inək.

Dedi:


– Elə onunçün kəsdirirəm dana. Sənin pulunu verəjəm.

Vəzirdi, nə deyəjəydi. İnəyi kəsdirdi, balasını qarnınnan çıxart­dı ki, bu gedə nə nişan deyif hamısı var. Gədə dedi:

– A vəzir, o inəyi də hayıf elətdirdin. Sən siftə gələnnən mən bilirəm sən nəyin dalınca gedirsən, hara gedirsən.

Dedi:

– Hara gedirəm, a bala?



Dedi:

– Mən bilirəm da. Məni apar padşahın yanına, balıxlar nəyə gülüfdü deyim.

Kişiyə dedi:

– Gedəni ver mana. And olsun Allaha, buna beyjə görmədiyi qulluğu eliyəjəm. Savah aparım, mənim canımı padşahdan qutarsın.

Dedi:

– Getsin.



Gedəni götdü gəldi, buna yaxşı qulluğ elədi. Savah götdü get­di. Getdi ki, padşah da oturuf, balıx da elə isdolun üsdündədi, heş kəs yemiyif. Salam-kalamdan sorasına dedi ki, padşah sağ olsun, bu vəziri niyə çox incidirsən?

Dedi:


– Vəzirdi da, o tapmalıdı. Sən bilirsən bu balığın nəyə güldü-yünü?

Dedi:


– Hə bilirəm, niyə bilmirəm. Sən vəziri göndərmədin get balıx al gətir. O da getdi aldı gətdi. Soruşdun ki, balıx erkəhdi, dişi­di. Balıxdı güldü, qalxdı düşdü ora. Heylədimi?

Dedi:


– Hə.

Dedi:


– Balıx bilirsən nəyə gülüf? Sənin bir qızın var, yanında qırx dənə kənizi var, hamısı oğlandı. Balığ ona güldü ki, qızının dərdini çəkmir, on dənə oğlan kəniz işdiyir ona, balığın erkəh-dişiliyinin dərdini çəkir.

Dedi ki, vəzir, bu nə danışır? Dedi:

– Padşah sağ olsun, yəqin bir həqiqət var da.

– Dur yığ onnarın hamısını bir evə.

Vəzir yığdı onnarı evə. Qırx kəniz idi, bir də qız, qırx bir. Baxdı ki, hamısı oğlandı buna kənizdih eliyir. Gəldi dedi ki, padşah sağ olsun, düz deyir. Dedi:

– Ged onnarın hamısının boynunu vurdur.

Cəlladı çağırdı, içində də qız olmax şərtiynən bunun qırx birinin də boynunu vurdurdu. Dedi ki, şah sağ olsun, mən belə məslahat bilirəm ki, buna yanımızda iş verərih, bilikli adamdı da, hara lazım olar göndərərih. Maaşın-zadın verək, gəlsin getsin gündə bura. Heylə də eliyillər. Ordaca maaşın alır, aparır verir atasına.


Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin