118. SALAVAT ÇƏKMƏYİN SAVABI
Birinin bir əziz, bircə madar oğlu varmış. Bı gəlir qəfil ölür. Öləndə görür kü, bı vəşidi, tez üsdünü örtür. Oğlu da deyəndə kişinin elə bil yüz yaşı varmış, oğlunun da altmış yaşı dayna. Oğlu da qojeymiş. Üsdünü örtür. Qurban olduğumun biri gəlir, bının üsdünü aşdırmax isdiyəndə bı deyir:
– Aşma, aşma.
Bı açır. Açanda görür kü, həmənki adamdı. Deyir ona görə bı adam oldu ku, şərt namaz qılmaxda dəyil. Salavat hamısınnan üsdündü. Gündə üş dəfə “la ilahə illallah, Məhəmmədü Rəsullalah” deyif üzaa salavat çəkməlisən (söyləyici bu yerdə salavat çəkir – top.). Gündə üş dəfə “la ilahə illallah” demək çox savabdı. Deyif bı bir dəfə üzünə salvat çəkif, ona görə qayıtdı belə oldu.
Dostları ilə paylaş: |