119. GÖLƏ QƏLƏM SANCAN
Birinin gözü görmürmüş. Allah-talıya yalvarıllar ki, xudavəndi-aləm, bının gözünü aş dayna, cavan oğlandı. Hamı çimir, bı qalır belə zəlil. Deyir:
– Ey mənim bəndələrim, onu mən həylə eləmişəm, həylə də qoymuşam. Həylə məsləhət bilmişəm, həylə şeyə layixdi. Onu mən həylə kor eləmişəm.
Olmur. Deyir:
– Yaxşı, açajam, – bəndələrinə deyir. Bı gəlir açır.
Gedillər gölə çimməyə. Bu oğlan habelə qələmə qayırır çoxlu, aparır sancır gölün dibinə. Uşaxlar hoppanıf çimdihcə qələmə qarınlarına batır, qan axır. Allah qayıdır deyir ki, sizə demədim mənim hesabıma əl qoymuyun.
Allah hər küşdənin əməlini öz qabağına qoyur.
Dostları ilə paylaş: |