4. BUTA VERMƏ*
Ana babamın bircə oğlu vardı, vergi verilif ona. Heş kim inanmıyıf. Bütün kənd gəlif. Bir həftə dayım yatıf. Yatannan sora ayılıf ki, mana vergi verilif, badə içmişəm. Göyçayda Sarı Aşıx deyillər, onun qızını maa buta veriflər, gedəjəm onu gətirməyə. Qızın da adını deyir ey. Nənəm deyir, hamı düşüf əlinə-ayağına, bunu fikrinnən döndərməh isdiyiflər. Deyif:
– Yox, gedəjəm.
Tutuf ağaca bağlıyıflar, qoymuyuflar gedə. Sora bunu sınamax üçün deyiflər ki, bajın hamilədi. De görəh, onun nəyi olajax? Deyif ki, iki dənə qızı olajax. Həqiqətən də iki əkiz qızı oluf. Dədəmə deyif ki, filan yerə sazımı qoyajaxlar, çimif pak olarsan, gedif onu gətirərsən. Yatırmış, yuxuda nə deyirmişdərsə, onu eliyirmiş. Dədəm gedif bunun sazın gətirir verif özünə.
Sora gedif cindar gətiriflər. Nənəm deyir onu nəynənsə mundarradılar. Onnan da dayımın səsi batdı. Dayım onnan sora xəsdə düşdü, öldü.
Dostları ilə paylaş: |