3. UŞAĞIN ÇİLƏDƏN ÇIXARILMASI Qurdu öldürüllər, onun ağzını halqa-mərəkə soyullar. Ona qurdağzı deyillər. Biri varıydı bizdə. Köçənətən dururdu. Çilləli uşağı, yerimiyən uşağı onun ağzınnan keçirirdilər. Üş dəfə keçirirdilər. Qonşumuzda bir arvat varıydı. Onun nəvəsinin iki yaşı varıydı, yerimirdi. Gətirdi bı arvada dedi ki (söyləyici yanındakı qoca arvadı göstərir – top.), – əlində də bir çəngə ot, bir də bir çatı, ip, – otu qoy uşağın qabağına, ipi də sal uşağın boynuna. Denən ki, malsan, otu ye, adamsansa, dur yeri. Uşağ onnan iki-üç həfdə sora durdu yeridi.