4. MƏLEYKƏYLƏ EVLƏNMİŞ OĞLAN
Bir oğlan əvlənif. Demə əvləndiyi məleykəymiş dana, canım qurban olan. Bı da bilmiyif. Gəlir bının bir oğlu olur, bir qızı. Bının yetmiş-həştad yaşında bir anası oluf. Gəlir bının anası öləndə, canı çıxanda bı gəlin tez çıxır yükün üsdünə. Oğlan buna göz yumur. Meyidi-zadı yuyanda oraları yuyuf-eliyir, təmizdiyir-eliyir. Bınnan qabax meyidi çiyində aparırdılar, örkənnən-zadnan sarıyırdılar. Gedəndə bı gəlin görür ki, döşü sürtülmüş bir çarıxdı, bircə dənə də köhnə süpürgədi, cinazadan asılıf gedir o dünyaya. Bı qakqıldıyır gülür. Oğlan deyir:
– Yaxşı, gələrəm əvə, hak-hesabıı verərəm.
Gəlir anasının üçü-zadı çıxır, eliyir. Deyir:
– Maa sən cavab verginən, mən hələ də ağrıyıram. Mənim anam can verəndə, canı çıxanda sən niyə çıxdın yükün üsdünə?
Deyir:
– Gəlginən sual vermə. İki balamız var, bı sözü maa demə. Əgər desəm, məni görmüyəssən.
Deyir:
– Heş görmüyüm, maa cavab ver.
Deyir:
– Ona görə mən çıxdım ki yükün üsdünə, insanın başı kəsilir, siz görmürsüz. Qan hər yanı götürür. Heyvanın başı kəsildiyi təki. O, mənim üsdümə sıçramasın deyənə çıxdım yükün üsdündə oturdum. Bir də sənin anan bı işıxlı dünyada bir köhnə süpürgə verif, bircə də döşü parax çarıx verif. Bı işıxlı dünyadan o dünyaya onu aparıf, – deyir gəlin bını, sora da pırrıyır, uçur gedir. Oğlan bir başına vırır, bir dizinə. Deyilənə göra, deyir, böyüh bir çinar var, uca. Deyir, bir göyərçindi. Gəlir orda "ququk-ququk" eliyir üş dəfə, gedir. Özü də cuma günü. Oğlan da bir başına vırır, bir dizinə. Məleykə imiş dana, nə bilmək olur. Qurban olduğumu tanımayana nəhlət. Onun yolunnan çıxana nəhlət.
Dostları ilə paylaş: |