15. QUŞ SÜMÜYÜNDƏN EV
I mətn
Qız deyir ki, mənə gərəh quş sümüyünnən meçid tikilə, quş başınnan minarəsi qoyula. Süleyman peyğəmbər çağırır bütün quşdarı, deyir:
– Quşdar, silkinin.
Deyir, quşdarın əti bir yana, sümüyü bir yana yığılır. Meçit tikilir, minarə tikilir. Fikirrəşillər ki, hansısa quş gəlmiyif. Üş dəfə quş göndərif dalıynan, bayquş gəlmiyif. Üçüncü dəfə Süleyman peyğəmbər özü gedir. – Ənuşiravan padşahın qızını oğluna alır. Buna sifariş verif ki, quş sümüyünnən meçit, quş başınnan minarə tikilsin. – Peyğəmbər özü gedir bu quşun ayağına. Bayquş onnan sora gəlir. Deyir:
– Nədən ötəri məni gətirmisən? Niyə bu quşdarı qırdırırsan bir qızdan ötəri? Özün neçə il yaşamısan?
Deyir:
– Yüz yaşım var.
Deyir:
– Nə möcüzə görmüsən?
Nəysə deyir. Deyir:
– Mənim də filan yerdə, filan arxın qırağında bir uca çinarda üş yuvam var. Biri qış yuvası idi, ortadakı payız yuvası idi, lap başdakı yay yuvası idi. İsdinin tüğyanında, gejənin bir vaxdı bir qar başdadı, gördüm yuvanı basır, keşdim orta yuvaya. Orta yuvanı da basır, çıxdım yay yuvasına. Onu basa-basda bir ağ giləli yağış başdadı, o qardan bir əlamət qalmadı. Səhər gördüm iki dənə oğlan at suvarır. Biri o birinə deyir: “Beejə bekara bir yağış yağdı”. O sirri birjə mən bildim. Mən bildim ki, iyirmi metr qar yağdı, yağış töküldü, qarı yudu apardı. O sirri mən bildim. Sən nə bilirsən? Gedərəm sonsuznan, züryəti olmuyannan, Sabirin (söyləyicinin yaxın qohumu - top.) ata-anası ölüf, onnan qalaram, küllüyündə eşələnərəm, gəlif tikdirdiyin imarətin üsdündə qənət çalaram, zirri-zəvər olar. Mənnən işin yoxdu.
Onnan sora o quşun adı olur Bəyquş. Görürsən o necə zəhmli quşdu. Hansı qapıya gəlirsə, getməlidi. And olsun Allaha, bu çinardan üç il biz onu qova bilmədik. İsa məllim gəldi daşdadı, dedi:
– Odu, kösöyü atın dalınca.
Mümkün olmadı. Nağardıx, axırı o kişini apardı.
II mətn
Bir dəfə, canım qurban olsun, Süleyman peyqumbərin arvadı əmr eliyir ki, maa bir əv tik quş sümüyünnən. Mən içəridə olanda çöldən gedən məni görməsin, hamma mən çöldən gedənin hamısını görüm.
Əmr eliyir ki, nə qədər cannı quş var gəlsin, bəs bu quşları peyqumbər qırdırajax, bunun sümüyünnən arvada əv tihdirəjəh. Quşun hamısı gəlir, bayquş gəlmir. Əmr eliyir, bayquş gəlir, durur kənarda. Deyir ki, niyə gəlmirsən? Bayquş da elə bil ki, bir az bırda durur, bir az orda durur. Peyqumbər deyir ki, niyə bir yerdə durmursan? Deyir ki, yurd yurtdan sayalı olar. Ona görə də bir az bırda dururam, bir az orda, bir az da orda. Bayquş deyir ki peyqumbərə, bu quşdarı bıra nəə yığmısan? Deyir ki, belə-belə dana, yığmışam ki, hamısını öldürtdürəm, qırdıram, arvada əv tihdirəm.
Deyir:
– Noolar.
Bayquşa deyir ki, sənnən üş söz soruşajam, əyər dedin, canını qutardın, demədin elə səni də öldürtdürəjəm.
Deyir:
– Hə... Nolar.
Deyir:
– De görüm dünyada gedəjəh çoxdu, gələjəh?
Deyir ki, gedəjəh. Deyir:
– Niyə?
Deyir ki, gedəjəh gedifdi, gələjəh də gedəjəh. Deyir:
– De görüm dünyada abadan çoxdu, xaraba?
Bayquş cavab verir ki, xaraba. Deyir:
– Niyə?
Deyir:
– Xaraba xarabadı, abadannar da xaraba olajax.
Deyir:
– De görüm dünyada arvad çoxdu, kişi?
Deyir ki, arvad. Deyir:
– Nejə?
Deyir:
– Sənin kimi arvad sözünə baxan kişilər də arvatdı elə.– Peyqumbərə deyir bını bayquş. – Sən bir belə cannının qanına, canına bayis oluf qırmağnan əv tihməh isdiyirsən. Qarğuya-qamışa sən nə vermisən ki, qırdırıf gətirif çavıstan tihdirə bilmirsən, arvad çölnən gedəni görə, çölnən gedən də arvadı içəridə görmüyə? Peyqumbər deyir ki, sən bayquş yox, bəy quşsan. Gündə üç dənə sərçəni saa cirə* verdim. İndi, deyilənə görə, guya sərçənin üçü də gəlir fırranır bayquşun başına. Bayquş da ikisini yeyir, birini hərriyir başına, bıraxır. Belə də olufdu.
Dostları ilə paylaş: |