16. MUSA ALLAHI QONAQ ÇAĞIRIR
Turi-Sənadan Allahdan cavab alan Musa peyğəmbər oluf. Gedif çıxıf Turi-Sənaya, sözünü-söhbətini qutarannan sora deyif ki, biz dosdux da, sənnən dosdux. Deyir:
– Hə.
Deyir:
– Onda mənə qonax ol.
Deyir:
– Yaxşı.
Vaxt qoyullar. Deyir:
– Olaram.
Gəlir bazardan düyüsünü alır, aş qarasını alır. Çünki müsəlmanın ən hörmətdi yeməyi pilovdu. Məsələn, anam deyir ki, düyü qulfallahdı, onu ayaxlamax olmaz. Yaxşı da aşpaz çağırır. Aşpaz bu düyünü dəmliyir. Düyü dəmdə olan vaxdı bir sail gəlir, yolnan keçən.
– Salam-məleyki.
– Əleykimət-salam.
Deyir:
– Yol adamıyam, ajam. Bunnan bir qismət verə bilərsən mənə?
Aşpaz gedif peyğəmbərin yanına, deyif:
– Bunnan bir qismət ver, belə ajdı.
Deyir:
– Ə, dəlisən, nəsən? Biz Allahı qonax çağırmışıx. Onu tərpət-məkmi olar?
Bunun əlacı kəsilir, deyir ki, əşi, bunnan bir qismət mənə verəjəhsən?
Deyir:
– Hə.
Deyir:
– Onda xayiş edirəm, mənim payımı ver.
Bu payını verir, bu yol adamı yeyif gedir. Axşam da gözdüyüllər gəlmir, səhər də gözdüyüllər gəlmir. O biri gün gənə gedir Turi-Sənaya, namaz qılır. Deyir:
– Aşpaz verdi, yedim, getdim, cənnəti də aldı.
Dostları ilə paylaş: |