III mətn
Allaha ibadət eliyən bir alim olur. Musa peyğəmbər gedəndə bu alimin evində qonax qalır. O vaxdı Allahın qapısı açıx idi. İndi Allah qapını bağlıyıf. Allah-tala tərəfinnən o alimə yemək, mitil gəlirmiş. Qonağı olduğuna görə, iki çörəh gəlir, iki döyrə xörəh gəlir, iki dəsd mitil gəlir. İbadətnən səxavət yarıdı. Allaha ibadət eləməhnən döyül ey, səxavətin də gərəh ola. Alim fikirrəşir ki, balam, həmişə bir çörəh gəlirdi. Bu nə işdi? Öz-özünə düşünür ki, yağın beyjə soyux olajax. Bu çörəyin birin yeyir, heş Musa peyğəmbərə təhlif eləmir. Çörəyin birin qoyur ayana, saxlıyır səhərə. Gejə də mitili altına üsdünə tökür, yatır. Musa peyğəmbər də kürkünə bürünüf yatır. Gejə oyanır ki, bir maşakqat qopuf, bir qiyamət qopuf. Deyir:
– Ay dədə vay, bu mitilnən mən qızmadım, yağın qonax ölüf.
Çağırıf:
– Qonax, qonax.
– Nədi əşi?
Deyir:
– Ə, üşümürsən ki?
Deyif:
– Yox, niyə üşüyürəm ki?
Deyir:
– Axı mən üşüyürəm.
Deyir:
– Üşüyürsən, dur gəl gir yanıma.
Əlin belə uzadır bunun kürkünün altına, görür burdan yalo düdəhlənir. Dürtülür gejə yatır bunun böyründə. Səhər açılır. Deyir:
– Bəs sən kimsən?
Deyir:
– Neynirsən, qonağam da, qaldım evində, gedirəm.
Bu gedir. İndi Allahnan bu danışmağa gedir axı. Deməli, Allahın bu alimə nətər qəzəbi keçərsə, altı gün buna çörəh göndərməz. Bu, əlajı kəsilər, durar gedər yahudidən çörəh isdiyər. Yahudi söyündüyünnən gətirər buna altı çörəh verər ki, Allahın alimi gəlif bizim qapıda dilənir. Altı çörəyi alıf geri qayıdanda bir qoja it kəsir bunun qavağını. İt cumduhca çörəhdən verir. İt nahadı addadır, keçir durur qavağında. Birin də verir. Nəysə, it beşin alır bunun əlinnən, qalır biri. Biri qalanda deyir:
– Ay Allahın heyvanı, Allah saa nəhlət eləsin. Beşin saa verdim, qoy birin də mən yeyim da, – deyəndə Allahın hökmüynən it dillənir.
Deyir:
– Alim, Allah sana nəhlət eləsin. Sana nolmuşdu qonağın çörəyin özünə vermirsən, indi gedif yahudidən çörəh alıf yeyirsən. Nə vacib olmuşdu, niyə vermirdin qonağın çörəyin özünə? Özün də Allaha ibadət eliyirsən.
Alim burda çatdıyır ölür, dərisi şıppıltıynan boğazınnan çıxır. İt də ölür, itin də dərisi boğazınnan çıxır. İtin dərisi keçir alimin boğazına, alimin dərisi keçir itin boğazına. İt gedir alimin əvəzinə behiştə.
Dostları ilə paylaş: |