20. ƏLİNİN DİVANI
Əli çox ədalətli oluf, qurban olduğum. Elə bil ki, kimin nə davalı işi varmışsa, gedirmiş onun yanına. Oların davasını o saat həll eliyirmiş düzdüynən, ədalətnən. Bir gün nətər olursa, bir arvadın uşağını başqa bir arvad – belə şey arvad imiş da, həyasızın biri imiş, – götürür ki, bı mənim uşağımdı. Uşağın da yəəsi hara gedirsə, bını isbatdaya bilmir ki, bı bınındı da. O deyir: "Uşax mənimdi". Bı deyir: "Uşax mənimdi". Heş bir qazı, heş bir molla bıların bı davasını həll eliyə bilmir. Bı tay naəlaş qalıf gedir qurban olduğumun yanına. Əli qurban olduğum da əmr eliyir o biri arvadı da gətirillər, uşağı da gətirillər. Əli deyir: "Uşax kimindi?" Bı həyasız arvad deyir ki, uşağ mənimdi. Uşağın gerçəh anası da and-aman eliyir ki, yox ey, o, yalan deyir. O deyir mənimdi, bı deyir mənimdi. Qurban olduğum bilmir nağarsın. Fikirrəşir belə. İndi bına agah olur da nağarmax lazımdı. Bı bilmir axı bıların hansına inansın. Deyir, bı Zülfüqarını belə çıxardır, deyir: "İndi mən bilirəm nağarajam". Qılıncını çıxardır ki, böləjəm bı uşağı iki yerə. Yarısını sən götü get, yarısını da sən götü get. Qılıncını – Zülfüqarını qaldıranda bı uşağın gerçəh anası deyir:
– Ya Əli, başaa dönüm, qılıncı saxla.
– Hə, nədi?
Saxlıyır. Deyir:
– Ya Əli, başaa dönüm, mən isdəmirəm. Uşağ onundu, ver aparsın.
Bı indi qəsdən belə deyir ki, uşağı ölməsin də. Bınnan aralı olsa da, təki sağ qalsın. Heç olmasa, aralıdan görsün. Amma qurban olduğum deyəndə ki, mən bını bölürəm, heç o biri arvadın tükü də tərpənmir. Nə deyəjəh ki? Canı canınnan dəyil, qanı qanınnan dəyil. Bı belə deyəndə qurdan olduğum deyir ki, hə, bı uşağ sənin uşağındı. Götü çıx get. O biri arvadı da görkəzib deyir:
– Bını da bağlıyın dəvənin quyruğuna, qoyun sürüsün.
Belə deyəndə yanındakılar deyir ki, ya Əli, başaa dönək, bı nə sirdi, bı nətər oldu belə?
Deyir:
– Bəs uşağ arvadınıydı. Ona görə o razı olmadı ki, uşağ ölsün. Uşağın əsil anası oydu. Dedi mənnən aralı olsa da, bilim ki, sağdı. Amma o birsinin heç tükü də tərpənmədi, çünki onun uşağı dəyildi.
Əlinin belə ədalətli işdəri çox oluf.
Dostları ilə paylaş: |