III mətn
Zahı doğur, yiyəsiz qalır da. Onda hal gəlif onun için-içalatın çəkif aparır. Yuyur axar suda, aparıf bişirif yeyir. Onnan da qadın ölür. Ona görə də deyillər ki, doğan qadını yiyəsiz qoymazdar. Zahıya yaxın düşməməsi üçün üsdünə qıyıx, iynə, kadının başının altına çəngəl-bıçax qoyullar. Qorxur onnardan. Kişi oldu, qadın oldu, gərəh həmişə üsdündə qıyıx, sancağ olsun. Bir də ki, o, işdənmiyən paltarları, təzə paltarları aparır.
IV mətn
Mən saa olacağı deyim da. Mənim qardaşım arvadı var idi, adı Tamara idi. Biz evdə olmarıx. Bunun iki uşağı oldu, öldü, oldu, öldü. Qardaşımı çağırar ki, Bayram, mən xəsdələnmişəm, tez mənim bibimi çağır, gəlsin. Anası yoxuydu, bibisi saxlamışdı. Bayram da məhlədə nəysə işdiyirmiş. Lapatkanı gətirər qapının ağzına qoyar, çıxar gedər bibisinin dalınca. Deməh, bunun uşağı olduxca hal öldürərmiş. Bayram gələnəcən hal bunun gözünə görükər. Qapının ağzında durar. And içirdi, döşdəri belə. Deyir:
– Aaz, bını da öldürəjeydim, səni də, qurban olasan lapatkanın ağzındakına.
Deməh, lapatkanı vuruf yerə, kərtənkələ oluf palçıxda, gəlif. – Uşaxların paltarına kərtənkələ tikillər quruduf. – Deyir:
– Səni qurban olasan lapatkanın ağzındakına.
Belə çörühdüm, gördüm lapatkanın ağzında yaşıl kərtənkələ palçığa yapışıf.
V mətn
O halı tutdular, gətdilər, bala. Gedirmiş odun gətirirmiş. Gündə meşədən odun gətirif təndiri odduyuf çörəh bişirirmiş. Nəysə, deyir, bunun bir uşağı olur. O uşağın gündə üzünü örtüf gedirmiş meşəyə. Bir gün də arvada deyif ki, daa onun üzünü aşma. – Halı arvadın əri tutmuşdu. İynəni sancmışdı. Bir ilmi, iki ilmi onnarda qulluğ eliyif. – Bir gün, deyir, uşağı boğuf öldürüf, arvada demiyif ey, üzünü örtüf, çıxıf gedir. Gedənnən sora arvat deyif ki, bala, bu uşağa noldu, heş tərpənmədi. Gedif görür uşax ölüf. O gedən gedif, qayıdıf gəlmiyif.
VI mətn
Keşmişdə bizim Mehdilidə bir gəlin varmış. Gəlinin bir uşağı da varmış. Keşmişdə ev bir olarmış. Qaynənəsi gəlinin yanında yatmışmış. Gəlin gözünü yumanda görüf bir ağ paltar, uzun bir dənə qadın durufdu. Qaynənəsini durğuzuf, deyif:
– Xala, dur ayağa, belə bir şey var.
Arvad çox yaşıyan arvadıymış dayna, bilirmiş. İynə verif, sancax verif, deyif:
– Bala, sənin yanaa gələndə bu sancağı sancarsan onun paltarına. Görəh nə olajax.
Gəlin elə gözünü yumanda gəlirmiş, gözünü açanda yox olurmuş. Axırı ki, gələndə gəlin sancağı sancır bunun üsdünə. Deyif:
– Xala, tutdum, gəl.
Qaynənə duruf görüf ki, bir dənə qarıdı. Uzun paltarda, döşü uzun, boyu uzun, ağsifət bir dənə arvatdı. Deyif:
– Sən kimsən, niyə mənim gəlnimi qorxuzursan?
Deyif:
– Mən bütün qadınnarın, təzə uşağı olan qadınnarın yanında oluram.
Deyir:
– Sən kimsən?
Deyir:
– Mən hal nənəyəm.
Tutuflar bunu, saxlıyıflar. Səhər hay düşür ki, filankəs bir dənə hal tutuf. Gəliflər, baxıllar. Deyif ki, mən siznən yaşıyaram, ancax bu şərtnən, heş vaxt mənim üsdümü iynəsiz, sancaxsız qoymuyun. Deməh, bularda on bir ay qalıf.
Günnərin birində bu, gəlinnən girir əvə paltarını dəyişməyə. Paltarını soyunuf yerə atanda gəlin görüf ki, hal nənə yox oldu. Qaynənəsini çağırıf:
– Xala, bəs hal nənə yox oldu.
Deyir:
– Niyə?
Deyir:
– Paltarını soyundu çimməyə.
Məlum oluf ki, bunun üsdündə iynə, sancax yoxuymuş. Ona görə də yoxa çıxıf.
Sohra qaynənə xəmiri yoğuruf çörəh bişirirmiş. Kündəni qabaxlar hal kündəliyirmiş, qaynənə çörəh bişirirmiş. Bir dəfə çörəh bişirəndə xəmiri, kündəni hal yayıf, kündə qutarmır. Deyif:
– A başaa daş, kündə qutarmır, mən neyniyim? Bu kündələr qutarmır.
Deyif:
– Kündənin axırını teşdə qoy.
İndi ləyən deyirih, onda tuj deyirdih. Mis tujuydu, mis teşt idi. Kündənin axırını teşdə qoyuf, yayanda qutarıf.
Dostları ilə paylaş: |