25. ŞAH ABBASLA ÜÇ BACI
Bir günnəri gejəymiş, çıxmışlarmış seyrə vəzirnən Şah Abbas. Gedir görür hamı yatıf, bir yerdən işıx gəlir, bacadan. Bınnan qabax baceydi. Orda duruflar. Görüflər bırda üş qız var, üş yetim qızıymış. Bulara xəlvətcə qulağ asıflar. Biri deyif, Allahın altında məni vəkilin oğlu aleydı. Biri də deyif ki, Allahın altında məni vəzirin oğlu aleydı. Biri də deyif ki, o balacası, Allahın öz altında məni Şah Abbas aleydı, mən hamama gedəndə mənim paltarımın suyu tökülə-tökülə o apareydi, qoyeydi hamama. Şah Abbas hirsdənir. Gəlir çıxır səhər taxta. Qızdarı çağıtdırır. Böyüh qıza deyir:
– Sənin əlinnən nə gəlir?
Böyüyü deyir ki, mən bir gəvə toxuyaram, qoşunuu hamısı yığılar o gəvənin üsdünə, genə artıx qalar. Bını alıllar vəzirin oğluna. İkinci qız da deyir ki, mən yumurta qabığında bişmiş bişirərəm, qoşunuu hamısı yeyər, genə artıx qalar. Onu da alır vəkilin oğluna. Balaca qızı öldürməh isdiyir. Deyir:
– Nətər olur bı qız deyir mən hamama gedəndə paltarımı Şah Abbas götürə.
Öldürməh deyəndə, vəzir-vəkilin sözü işdiyirmiş bının yanında. Deyiflər ki, şah sağ olsun, öldürmüyəh. Elə aparsınnar azdırsınnar. Azdırax getsin də, bir yerdə ölsün. Bını aparıf bir meşədə azdırıf gəlillər.
Bir cütcü varıymış. Qoja kişiymiş, bının evladı yoxuymuş. Bı gəlir qəfildən bı qızı tapır. Qız başına gələni bına nağıl eliyir. Bını qızdığa götürür. Bınnan cüt sürür, eliyir. Gəlir bir gün cüt sürdüyü yerdə... Kasıb adam imiş da. Allahdan savayı Allah yoxdu. Cüt sürəndə qız kişiyə köməh eliyirmiş. Görür ki, cüt ilişdi. Baxır görür ki, burda küp var da. Bını nişannıyır, gəlir deyir:
– Ata.
Deyir:
– Hə.
Deyir:
– Ata, belə-belə.
Atası deyir:
– Qoy gün düşsün, gedəh.
Gedillər küpü gətirillər. Gəlir bı qız bir imarət tihdirir. Tay Şah Abbasın imarəti nədi bının yanında. Bir yurd salıllar. Bının qırx incəbelli qulluxçusu da olur. Atasını-anasını qəşəh saxlıyır də. Yaxşı saxlıyır.
Bir günnəri saa nədən deyim, bı Şah Abbasdan. İlahi düzəltdiyini heş nə poza bilməz. Allah var, rəhmi var. Allaha qurban olum. Şah Abbas gəlif bırdan keçəndə deyir:
– O kimdi, nədi ki, gəlif belə yerdə bı əvi-eşiyi, imaratı tikif? Nətər imaratdı mənim imaratımdan üsdündü?
Bırdan da qız görür kü, qırx atdı gəlir. Bılar gələndə qız atasına-anasına gösdərir, deyir ki, o qabaxdakı atdı Şah Abbasdı. Qızdara da başa salır ki, dinmiyin. Gəlir oturullar. Yeməh-işməyin ortasında bı qız qayıdır qızdara deyir ki, qızdar, qızdar, hamama gedirəm, gəlin mənim paltarımı aparın, gedəh hamama. Məni hamamlandırın gətirin. Belə deyəndə Şah Abbas qalxır ayağa, deyir:
– Xanım, olar paltarıı mən aparım?
Deyif:
– Gəl apar, niyə olmur.
Nağıldı da, deyiflər, eşitmişəm. Bının aparıf paltarını su eliyir. Süzələnə-süzələnə gətirir. İndi bı isdolda-zadda söz düşür, danışıxda-zadda, Şah Abbas deyir:
– Sən hansı şahın qızısan, nə bilim, nəsən, kimsən?
Şah Abbas bı qıza deyir ha. Deyir:
– Biz üş yetim qızıdıx. Belə-belə, birini aldın vəzirin oğluna, birini aldın vəkilin oğluna, həmən sürgün elədiyin qız da mənəm. Deyirdim Şah Abbas mənim paltarımı aparsın. Həmən qızam.
Allah bütün arzulara belə yetirsin. Şah Abbasın çox işdəri oluf. Hamma xeyirxah oluf. Şah Abbasa Allah rəhmət eləsin.
Dostları ilə paylaş: |